Şərur rayon sakinlərinin müraciətləri dinlənilib

  • Nəşr edilib 10.01.2023 09:00

   Yanvarın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib. 

   Əvvəlcə rayon mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, gül dəstələri qoyulub. 

   Sonra sakinlərin müraciətləri dinlənilib.

   Görüşdə 203 rayon sakininin şikayəti dinlənilib.

   Görüşdən sonra Şərur şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.

   Yanvarın 9-da isə Şərur rayonundan olan şəhid ailələri ilə görüş keçirilib, 20 şəhid ailəsinin müraciəti qəbul olunub.

Əlahiddə Ümumqoşun Orduda yeni tikilən hərbi obyektlərlə tanışlıq olub

  • Nəşr edilib 09.01.2023 11:33

   Yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni inşa edilən “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksində olub.

   Keçirilən brifinqdə slayd vasitəsilə kompleksdə yaradılan şərait və imkanlar barədə ətraflı məlumat verilib, tikinti prosesindən hazırlanmış videoçarx nümayiş olunub.

Ardını oxu...

Naxçıvanda Ali Məclisin sessiyası çağırılmışdır

  • Nəşr edilib 09.01.2023 11:25

   Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov yanvarın 6-da imzalayıb.

   Qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

Ardını oxu...

Naxçıvanda ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib

  • Nəşr edilib 09.01.2023 10:26

   Yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib.
 Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müşavirədə çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti və ortaya qoyduğu siyasi iradə bu gün respublikamızda ən böyük infrastruktur layihələrindən biri olan Zəngəzur layihəsinin həyata keçirilməsini labüd edib. Səlahiyyətli nümayəndə Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası, eyni zamanda region üçün Zəngəzur layihəsinin əhəmiyyətini qeyd edib. Ölkəmizdə rəsmi statistikanın inkişafı ilə bağlı görülən işlərdən danışılıb, bu sahədə müəyyənləşdirilən bir sıra vəzifələrin Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi tərəfindən düzgün icra olunmadığı vurğulanıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müəyyən etdiyi istiqamətə uyğun olaraq 28 dekabr 2022-ci il tarixdə Naxçıvanda bununla bağlı  müvafiq müşavirə keçirilib, Mərkəzi Qərargah yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah da yaradılıb. Bugünkü müşavirədə təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələr izah olunacaq, məsul şəxslər təlimatlandırılacaqdır.

Ardını oxu...

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

530633
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
231
482
1790
6834
530633

Tarix: 19-04-2024