Culfa rayon sakinləri ilə görüş olub

  • Nəşr edilib 09.01.2023 10:19

   Yanvarın 5-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.

   Əvvəlcə Culfa şəhərindəki şəhidlər abidəsi və ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib, gül dəstələri qoyulub.

   Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.

   Görüşdə 138 rayon sakininin şikayəti dinlənilib, 273 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər

  • Nəşr edilib 06.01.2023 09:18

   Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

   Bildirildi ki, “STEAM İnnovasiya Mərkəzi”nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar

  • Nəşr edilib 06.01.2023 09:08

   İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar.

   Elm və təhsil naziri Emin Əmrullayev Mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

   Bildirildi ki, 1937-ci ildə Bakıda S.Vəlixanlı küçəsi 3 ünvanında yerləşən binada Mərkəzi Pionerlər Sarayı yaradılıb. Bundan məqsəd uşaqların asudə vaxtını səmərəli və məqsədəuyğun təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdənkənar tərbiyə işinin təşkilində uşaqlara praktiki və metodiki kömək göstərməkdən ibarət olub.

Ardını oxu...

Əmək pensiyalarının minimum məbləğinin artırılması muxtar respublika üzrə 4 min 600 pensiyaçıya şamil ediləcəkdir

  • Nəşr edilib 05.01.2023 18:39

   Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və digər ödənişlərin minimum məbləğlərinin artırılması istiqamətində görülən tədbirlər dövlətin əsas prioritetlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" 5 yanvar 2023-cü il tarixli Sərəncamı  da  əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən tədbirlərin davamıdır. Sərəncama əsasən, əmək pensiyasının minimum məbləğinin artırılaraq 280 manat məbləğində müəyyən olunması nəzərdə tutulur.

Ardını oxu...

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

530726
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
89
235
1883
6927
530726

Tarix: 20-04-2024