Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb

  • Nəşr edilib 29.12.2022 09:12

   Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb.

   Əvvəlcə Naxçıvan Qarnizonu Qoşunlarının Mərkəzi Qərargahına gələn Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Döyüşü İdarəetmə Mərkəzi və Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Döyüşü İdarəetmə Mərkəzi Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələri arasında qarşılıqlı əlaqənin təmin edilməsində, qarşıya qoyulan döyüş tapşırıqlarının operativ icrasında mühüm rol oynayır.

Ardını oxu...

Fuad Nəcəfli: "Yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə halları vardır"

  • Nəşr edilib 29.12.2022 08:58

   Dekabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kəngərli rayonunda olub, sakinlərlə görüşüb.

   Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını rayon ictimaiyyətinə çatdırıb. Dövlət başçısının rəhbərliyi ilə Kəngərli rayonunun inkişafı sahəsində görülən işlərdən danışan Fuad Nəcəfli bununla yanaşı yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə hallarının olduğunu, vətəndaşların hüquqlarının pozulduğunu, sahibkarlıq fəaliyyəti üçün maneələrin yaradıldığını qeyd edib.

   Sonra sakinlərin müraciətləri dinlənilib.

   Fuad Nəcəfli görüşdə iştirak edən bütün sakinlərə təşəkkürünü bildirib, problemlərin qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib

  • Nəşr edilib 28.12.2022 12:29

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

   Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra infrastruktur obyektlərinin inşası ilə tanış olub, Qarabağ Atları Kompleksinin təməlini qoyub

  • Nəşr edilib 27.12.2022 16:53
   Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb.
   Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev burada görülən işlərlə tanış olub, Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” təsdiq etdiyi Qanun muxtar respublikada uğurla icra olunur

  • Nəşr edilib 26.12.2022 17:11

   Ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasət nəticəsində sosial sahənin bütün istiqamətlərində mühüm addımların atılmasına, o cümlədən pensiya təminatının ildən-ilə gücləndirilməsinə nail olunub. Əmək pensiyaçılarının rifah halının yaxşılaşdırılması, bu məqsədlə pensiyaların artırılması sahəsində həyata keçirilən islahatlar xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti addımdır və pensiya sistemində yeni islahat mərhələsi olaraq pensiya artımında vahid indeksasiya metoduna keçidi təmin edir.

Ardını oxu...

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

530456
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
54
482
1613
6657
530456

Tarix: 19-04-2024