Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsi tərəfindən 2019-cu ilin 6 ayı ərzində qarşıya qoyulmuş tapşırıqlar yerinə yetirilmişdir

  • Nəşr edilib 31.08.2019 16:37
Muxtar respublikamızda əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin həyata keçirdiyi məqsədyönlü islahatların nəticəsi olaraq sahibkarlıq fəaliyyəti inkişaf etdirilir, yeni iş yerləri yaradılır, habelə əməkhaqları, pensiya və müavinətlər hər ay vaxtında ödənilir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsi də yaradılmış şəraitdən bəhrələnərək 2019-cu ilin 6 ayı ərzində öz üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün müvafiq işər görmüşdür. Belə ki, əhaliyə pensiya və müavinətlər hər ay vaxtında ödənilmiş, pensiya ödənilməsinə 3 milyon 493 min manat, sosial müavinətlərin ödənilməsinə 82 min manat vəsait xərclənmişdir.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən rayon üzrə pensiya hüququ yaranmış 52 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Bunlardan 27-si yaşa görə, 7-si əlilliyə görə, 18-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlardır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hesabat dövründə yeni işə başlayanların fərdi uçot sistemində qeydiyyata alınması işləri davam etdirilmişdir. Belə ki, 2019-cu ilin 6 ayı ərzində şöbə tərəfindən 105 yeni əmək fəaliyyətinə başlayan sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilmiş, bununla da fərdi uçot sistemində sosial sığorta şəhadətnaməsilə təmin olunanların sayı  9364  nəfər olmuşdur.
Hər il olduğu kimi bu il də 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədəkar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti 23 aprel 2019-cu il tarixdə Sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq, Kəngərli rayonu üzrə 1 nəfərə 1000  manat, 38 nəfərə isə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilmişdir.
Əmək pensiyalarının sığorta hissəsinin məbləğinin 3 faiz indeksləşdirilərək artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələr şöbə tərəfindən operativ qaydada vaxtında yerinə yetirilmişdir. Həmçinin əmək pensiyalarının minimum məbləğinin artırılaraq 160 manata çatdırılması rayon üzrə 757 nəfər əmək pensiyaçısına şamil olmuşdur.
        Fondun Kəngərli rayon şöbəsi tərəfindən vətəndaşlara pensiya və müavinətlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təyinatı, pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması işləri bundan sonra da davam etdiriləcəkdir.
 
 
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial                      
 Müdafiə Fondunun Kəngərli rayon şöbəsi

Muxtar respublikada 2105 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin olunmuşdur

  • Nəşr edilib 31.08.2019 15:52
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət bütün sahələrdə olduğu kimi sosial sahədə ciddi nailiyyətlərin əldə olunmasını təmin etmişdir. İslahatlar nəticəsində sığorta-pensiya sistemində davamlı inkişaf təmin edilmiş, həmçinin sosial sığorta prinsiplərinin gücləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır.
Sığorta-pensiya sisteminin aparıcı komponenti fərdi uçotun təşkilidir. Fərdi uçot sistemi hər bir sığortaolunan haqqında məlumatların uçotunu aparmaqla işləyən əhalinin əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təminatı üçün pensiya kapitalının formalaşdırılmasına şərait yaradır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu muxtar respublikada yeni əmək fəaliyyətinə başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması üçün müvafiq işlər həyata keçirmişdir. Belə ki, 2019-cu ilin ötən dövrü ərzində fond tərəfindən 2105 nəfər yeni əmək fəaliyyətinə başlayan sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilmişdir ki, bunlardan 664-ü dövlət müəssisə və təşkilatlarında çalışanlar, 708-i özəl müəssisədə çalışanlar, 727-si fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər, 6-sı isə torpaq mülkiyyətçisi olmuşdur. Nəticədə, fondun orqanlarında fərdi uçot sistemində qeydiyyata alınaraq sosial sığorta şəhadətnaməsi ilə təmin edilmiş sığortaolunanların sayı 174 414 nəfərə çatmışdır.
Qeyd etmək lazımdır ki, fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı mütəmadi olaraq artır. Bunun əsas səbəbi muxtar respublikada iqtisadi inkişafın dinamik xarakter daşıması, mütəmadi olaraq yeni iş yerlərinin yaradılması, habelə sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artmasıdır.
Fond tərəfindən qarşıya qoyulan ən başlıca vəzifələrdən biri olaraq muxtar respublikada bütün işləyən vətəndaşların fərdi uçotunun aparılması və sığortaolunanlara dövlət sosial sığorta şəhadətnaməsinin verilməsi bundan sonra da daim diqqət mərkəzində saxlanılacaqdır.
 
Naxçıvan   Muxtar  Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

Muxtar respublikada pensiyaçılara qayğı yüksək səviyyədədir

  • Nəşr edilib 31.08.2019 15:50
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə başçısı tərəfindən uğurla davam edirilməsi iqtisadiyyatın bütün sahələri üzrə müsbət dinmikanın qorunub saxlanılmasına imkan yaratmışdır. Ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə artması əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin də əhatə dairəsinin genişlənməsinə səbəb olmuşdur.
Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının və pensiya sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə minimum əməkhaqqı və pensiyaların son 15 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir. Bu istiqamətdə tədbirlər cari ildə də davam etdirilmişdir. Belə ki,  martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının artırılaraq  180 manat müəyyən edilməsi, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qaldırılması birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Dövlət başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli sərəncamı ilə sosial müavinətlərin həcminin artırılması, əhalinin həssas qrupları üçün Azərbaycan Respublikası Prezidentinin yeni təqaüdlərinin təsis edilməsi isə sosial qayğıya daha çox ehtiyac duyan aztəminatlı ailələrə göstərilən yüksək diqqət və qayğının daha bir təzahürüdür.
Sosial müdafiə sistemində həyata keçirilən islahatlar muxtar respublikamızda da uğurla tətbiq edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü islahatlar, qəbul olunmuş müxtəlif dövlət proqramlarının müvəffəqiyyətli icrası muxtar respublikanın iqtisadi qüdrətini artırmaqla yanaşı, sosial müdafiə sahəsi üzrə də davamlı inkişafı təmin etmişdir. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun qarşısına qoyulan öhdəliklərin də yüksək səviyyədə icrasına zəmin yaratmışdır. Belə ki, Fond pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması, habelə pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı işlərinin icrasını tam təmin edir.
Yaradılmış şərait pensiya və müavinətlərin artırılması ilə bağlı ölkə başçısının imzaladığı fərman və sərəncamların muxtar respublikamızda operativ qaydada yerinə yetirilməsi üçün geniş imkanlar açır. Məhz bunun nəticəsidir ki, cənab İlham Əliyevin 7 fevral 2019-cu il tarixli sərəncamının icrası ilə əlaqədar muxtar respublika üzrə 48900 nəfərə yaxın pensiyaçının əmək pensiyasının sığorta hissəsi cari il yanvar ayının 1-dən etibarən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək 3 faiz artırılmaqla ödənişi vaxtında başa çatdırılmışdır. Bundan başqa əmək pensiyalarının minimum məbləğinin artırılması ilə əlaqədar muxtar respublikada ümumilikdə 11330 nəfər aşağı məbləğdə əmək pensiyası alan pensiyaçıların pensiyalarının məbləği 160 manata çatdırılmışdır.
Muxtar respublikada pensiyaçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların ödənilməsi sistemində mütərəqqi üsullardan istifadə olunur. Hazırda bütün növ əmək pensiyaçıları plastik kartlar vasitəsilə öz pensiyalarını istənilən vaxt rahat şəkildə əldə edirlər. Kənd yerlərində yaşayan pensiyaçıların rayon mərkəzinə getmədən pensiyalarını əldə etməsi üçün də müvafiq tədbirlər görülüb, onların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunub.
Fond hər ay olduğu kimi may ayında da əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, tələb olunan vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülmüşdür. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilmiş, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi təmin edilmişdir.
Göründüyü kimi ölkəmizdə, elecə də muxtar respublikamızda pensiyaçıların rahatlığının təmin olunması, rifah halının yaxşılaşdırılması tədbirləri mütəmadi olaraq diqqət mərkəzində saxlanılır.
 
Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun mətbuat xidməti

Əmək pensiyaçılarının pensiyası artırılaraq 160 manata çatdırılacaq

  • Nəşr edilib 31.08.2019 15:49
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar kursunun uğurlu nəticələri, xüsusilə qeyri-neft iqtisadiyyatında ardıcıl artım tempinin özünü göstərməsi respublikamızın müasir standartlara cavab verən və vahid prinsiplər əsasında fəaliyyət göstərən sığorta-pensiya sisteminin inkişafı istiqamətində də növbəti irəliləyişlərin əldə olunması ilə müşahidə olunur.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 19 fevral 2019-cu il tarixdə imzalanmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən, “Əmək pensiyaları haqqında” qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilmiş və nəticədə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən artırılaraq 160 manat məbləğində müəyyən olunmuşdur.
Bu qanuna edilmiş dəyişikliklə əmək pensiyasının minimum məbləğindən aşağı məbləğdə əmək pensiyası alan bütün növ əmək pensiyaçılarının pensiyalarının məbləği 160 manata çatdırılacaqdır. Məlumat üçün bildirilir ki, Ölkə başçısının təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılması nəticəsində, Muxtar Respublika üzrə 4357 nəfər yaşa görə, 6560 nəfər əlilliyə görə, 413 nəfər ailə başçısını itirməyə görə, ümumilikdə isə 11330 nəfər aşağı məbləğdə əmək pensiyası alan pensiyaçıların pensiyalarının məbləği 160 manata çatdırılacaqdır.
Pensiyanın minimum məbləğinin artımı 1 mart 2019-cu il tarixindən hesablanacaq və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindın qanunvericiliyə uyğun plastik bankomat kartları və poçt şöbələri vasitəsi ilə pensiyaçılara pensiyalar artımla ödəniləcəkdir.
Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən cari ilin 10 ayı  üzrə hər ay orta hesabla 267 min manat əlavə vəsait yönəldiləcəkdir.
 
 
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına və arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımın ödənilməsi muxtar respublika üzrə 760 n

  • Nəşr edilib 31.08.2019 15:48
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq hər il olduğu kimi bu il də ölkə başçısı 2019-cu il aprelin 23-də "1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncam imzalamışdır. Bu Sərəncama əsasən, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçılarına 1000 (min) manat məbləğində, İkinci Dünya müharibəsində  həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində  döyüş  cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində  ordunun və  donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi  dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı habelə Leninqrad şəhərinin  mühasirəsi  iştirakçılarına 500,0 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulmuşdur.
Bu Sərəncamın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən birdəfəlik maddi yardımların həmin şəxslərə vaxtında çatdırılması üçün müvafiq işlər həyata keçirilir.
Sərəncama əsasən muxtar respublika üzrə 760 nəfərə birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulub. 21 nəfər 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 (min) manat, 739 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 500 (beş yüz) manat məbləğində birdəfəlik müavinət ödəniləcəkdir.
 
 
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

036916
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1
119
120
2568
36916

Tarix: 24-11-2020