Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz və Kəngərli rayon şöbələri müzeylərdə olublar

  • Nəşr edilib 02.03.2020 11:38
  • Baxış sayı: 63
  • 02 Mart
Fondun Şahbuz və Kəngərli rayon şöbələrinin əməkdaşları müzeylərlə tanış olublar. Şahbuz rayonunun Nursu kəndində yerləşən Məmməd Arazın ev müzeyində olan Fondun Şahbuz rayon şöbəsinin əməkdaşlarına xalq şairinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Ekspozisiyada şairin müxtəlif illərdə nəşr olunan, eləcə də görkəmli sənət ustasının həyat və yaradıcılığından bəhs edən kitablar, mənalı həyat yolunun müxtəlif dövrləri əks etdirən fotoşəkillər sərgilənir. Qeyd olunub ki, rayonun Nursu kəndində dünyaya göz açan, ilk təhsilini bu kənddə alan Məmməd Araz Azərbaycan ədəbiyyatında parlaq səhifə açıb. Onun əsərləri gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayıb.
Fondun Kəngərli rayon şöbəsi isə Qıvraq qəsəbəsində yerləşən Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.  Şöbənin əməkdaşarına məlumat verilib ki, muzey 2007-ci ildən fəaliyyət göstərir. Muzeydə rayonun tarixini, adət və ənənələrini, məişətini özündə əks etdirən dəyərli eksponatlar toplanıb. Burada ibtidai icma quruluşundan başlayaraq istifadə olunan daş əmək alətləri, boyalı qablar, küp və keramika nümunələri, dekorativ-tətbiqi sənət nümunələri, mis məişət əşyaları, xalçalar, milli musiqi alətləri nümayiş olunur. Həmçinin şöbənin əməkdaşları rayonda yetişdirilən kənd təsərrüfatı məhsulları və rayon ərazisində istehsal olunan tikinti materiallarından ibarət guşələr ilə də tanış olublar.
 
 
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

012098
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
87
72
159
2658
12098

Tarix: 26-05-2020