Fərdi uçot sisteminin təşkili və sosial sığortanın mahiyyəti mövzusunda maarifləndirici tədbir keçirilib

  • Nəşr edilib 04.03.2020 15:08
  • Baxış sayı: 101
  • 04 Mart

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən fərdi uçot sisteminin təşkili sahəsində vətəndaşların  maarifləndirilməsinə dair tədbir keçirilib. Nehrəm kəndinin inzbati ərazi üzrə nümayəndəliyinin iclas zalında keçirilən tədbiri Babək Rayon İcra Hakimiyyətinin  İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hacı Hacıyev açaraq onun əhəmiyyəti barədə geniş məlumat verib.

Rayonunda fərdi uçot sahəsində görülən işlər barədə Fondun Babək rayon şöbəsinin müdiri İsmayıl Həsənov tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, ötən ilin oktyabr ayından sonra rayon üzrə yeni əmək fəaliyyətinə başlayan 239 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Bunlardan 98 nəfəri dövlət müəssisə və təşkilatlarda çalışanlar, 45 nəfər özəl müəssisədə çalışanlar, 93 nəfər  fiziki şəxs, 3 nəfər isə torpaq mülkiyyətçisi olub.

Vurğulanıb ki, ölkə başçısının müvafiq sərəncamı ilə əmək pensiyaların sığorta hissəsi cari ilin yanvar ayının 1-dən 16,6 faiz  artırılıb. Artım  rayon üzrə  ümumilikdə 7900 nəfərə yaxın əmək pensiyaçısına şamil edilib. Rayonda fərdi uçot sistemində qeydiyyatda olan 26446 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğləri isə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq 2,6 faiz artırılıb. Ölkə başçısının bu sərəncamı sosial müdafiə sahəsində islahatların davamlı xarakter daşıdığını göstərir.

Daha sonra Babək Rayon Vergilər İdarəsinin əməkdaşı Məcnun Hacıyev çıxış edərək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi qaydaları barədə danışıb. O bildirib ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət sığorta haqqı əmək ödənişinə nisbətdə faizlə müəyyən edilir və sığortaedənin və ya sığortaolunanın vəsaitləri hesabına ödənilir. Onu da qeyd edib ki, yalnız məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır.

Tədbirdə yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib. Sonda isə onları maraqlandıran suallar cavablandırılıb.

 

 

Naxçıvan   Muxtar  Respublikası

Dövlət Sosial  Müdafiə Fondunun

Mətbuat xidməti

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

012082
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
71
72
143
2642
12082

Tarix: 26-05-2020