Fondun Naxçıvan şəhər şöbəsi görüşlər keçirib

  • Nəşr edilib 05.03.2020 18:01
  • Baxış sayı: 170
  • 05 Mart

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi tərəfindən “Şəfa” Özəl Tibb Mərkəzinin və “Dekor qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə və işçi heyəti ilə görüşlər keçirib. Görüşlər zamanı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunundan, pensiya və digər sosial müavinətlər haqqında iştirakçılara geniş məlumat verilib. Qeyd edilib ki, fərdi uçot sisteminin məqsədi sığortaolunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə şərait yaratmaqdır.

Fondun Naxçıvan şəhər şöbəsi hər bir işləyən sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları şöbə tərəfindən həmin vətəndaşların fərdi şəxsi hesablarına işlənilir. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüquqlarının reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunana uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi verilir.

Fondun Naxçıvan şəhər şöbəsinin müdir müavini Aslan Eylazov “Şəfa” Özəl Tibb Mərkəzinin və “Dekor qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliklərinə bu görüşlərin yaradılmasına görə öz dərin təşəkkürünü bildirib. Sonda isə yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib.

 

Naxçıvan   Muxtar  Respublikası

Dövlət Sosial  Müdafiə Fondunun

mətbuat xidməti

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

012046
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
35
72
107
2606
12046

Tarix: 26-05-2020