Mart ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

  • Nəşr edilib 07.03.2020 12:36
  • Baxış sayı: 83
  • 07 Mart

Ölkəmizdə həyata keçirilən sosial islahatların əsas məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılmasıdır. Bu islahatların nəticəsi olaraq əhalinin aztəminatlı təbəqəsi sayılan pensiyaçılara və sosial qayğıya ehtiyacı olan vətəndaşlara aylıq ödənişlərin vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin edilir.

Muxtar respublikamızda da əhalinin sosial müdafiəsi, məşğulluğun təmin edilməsi, gəlirlərin artırılması ilə bağlı bir sıra işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə diqqət və qayğısı ilə sahibkarlıq fəaliyyəti inkişaf etdirilir, yeni iş yerləri yaradılır. Habelə, vətəndaşlara əməkhaqqı, pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da muxtar respublikada əmək pensiyaların vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Əvvəlki aylarda oluğu kimi, cari ilin mart ayında da əhaliyə pensiya və müavinətlərin ödənilməsi  vaxtından əvvəl  başa çatdırılıb. Təyin olunan əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsi ilə həyata keçirilib.

Qeyd etmək lazımdır ki, muxtar respublikada pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə və yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi yüksək səviyyədə qurulub. Bütün bunlar isə pensiyaçılara göstərilən xidmətin səviyyəsinin daha da yüksəlməsinə imkan yaradıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bundan sonra da öz üzərinə düşən tapşırıqları operativ qaydada həyata keçirməyə davam edəcəkdir.

 

 

Naxçıvan Muxtar Respublikası

Dövlət Sosial Müdafiə Fondunun

Mətbuat xidməti

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

012084
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
73
72
145
2644
12084

Tarix: 26-05-2020