Ordubad rayonunda sığorta-pensiya sistemi və bu sahədə görülən işlərlə bağlı maarifləndirici tədbir keçirilib

  • Nəşr edilib 13.03.2020 15:02
  • Baxış sayı: 44
  • 13 Mart

   Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad rayon şöbəsi rayonda vətəndaşların maarifləndirilməsi işini daim diqqət mərkəzində saxlayır. Belə ki, şöbənin təşkilatçılığı ilə Vənənd kənd məkəzində maarifləndirici tədbir keçirilib. Kəndin inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Yaqut Babayeva tədbiri açaraq onun əhəmiyyəti və məqsədi barədə iştirakçılara məlumat verib.

 

   Fondun Ordubad rayon şöbəsinin müdiri Bayram Yusifov sığorta-pensiya sisteminin xüsusiyyətləri və bu sahədə görülən işlərlə bağlı tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, sosial sığorta hadisəsi baş verdikdə sığortaolunanın sığorta ödəmələri almaq hüququ yaranır. Yəni, sığortaolunanlar məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər, ən əsası isə pensiya yaşına çatdıqda əmək pensiyası almaq hüququ əldə etmiş olur.

           Həmçinin bildirilib ki, cari ildə ölkə başçısının müvafiq sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin artırılması üçün şöbə tərəfindən lazımi tədbirlər görülüb. Rayon üzrə 5400 nəfərə yaxın əmək pensiyaçısının pensiyasının sığorta hissəsinin 16,6 faiz artırılması prossesi qısa zamanda başa çatdırılıb. Eyni rayonda fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı məbləğləri isə 2,6 faiz indeksləşdirilməklə elektron qaydada artırılıb.

      Sonra Fondun Ordubad rayon şöbəsinin Pensiyaların təyinatı sektorunun məsləhətçisi Feyzulla Əkbərov “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, pensiyaçılara pensiyaların ödənişində mütərəqqi ödəniş metodların tətbiqi haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, vətəndaşlara təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.

    Daha sonra “Naxçıvanpoçt” publik hüquqi şəxsin əməkdaşı Məleykə Rəsulova çıxış edərək pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsinin əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, kənddə yeni istifadəyə verilən və müasir standartlara cavab verən kənd mərkəzi vətəndaşlara, xüsusilə də yaşlı əmək pensiyaçılarına yüksək səviyyədə xidmət göstərir. Kənd mərkəzi nəzində fəaliyyət göstərən poçt bölməsi əmək pensiyalarının pensiyaçılara çatdırılmasında mühüm rol oynayır. Bununla da pensiyaçılar uzaq məsafələr qət etmədən kəndlərdəki poçt bölməsindən rahat şəkildə pensiyalarını ala bilirlər.

      Sonda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib.

 

Naxçıvan   Muxtar  Respublikası

Dövlət Sosial  Müdafiə Fondunun

Mətbuat Xidməti

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

012047
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
36
72
108
2607
12047

Tarix: 26-05-2020