Ali Məclisin Sədri Sərəncam imzaladı

  • Nəşr edilib 16.03.2020 18:22
  • Baxış sayı: 54
  • 16 Mart

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 14-də “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq arxiv işi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin".

               Naxçıvan Muxtar Respublikasında arxiv işinin 

         inkişafına dair 2020-2025-ci illər üçün

DÖVLƏT PROQRAMI

1. Ümumi müddəalar

Naxçıvan Muxtar Respublikasının dövlət arxivləri arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə qəbulunu, qeydiyyatını və etibarlı qorunmasını, eləcə də cəmiyyətin bu informasiyaya tələbatının ödənilməsi sahəsində vəzifələri həyata keçirir. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin tabeliyində 1 şəhər və 7 rayon dövlət arxivi fəaliyyət göstərir.

Qəbul edilmiş normativ hüquqi aktlar arxiv işi sahəsində qabaqcıl təcrübəyə uyğun təkmilləşdirilmə işinin aparılmasını, arxiv fondu sənədlərinin informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə daha etibarlı mühafizəsinin təmin edilməsini, dövlət arxivlərinin infrastrukturunun və maddi-texniki bazasının, peşəkar kadr potensialının möhkəmləndirilməsini zəruri edir. “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) da bu məqsədlə həyata keçirilməli olan zəruri tədbirləri müəyyənləşdirir.

2. Dövlət Proqramının məqsədi

Dövlət Proqramının məqsədi arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, cəmiyyətdə arxiv işinin rolunun artırılmasını, arxiv fonduna aid sənədlərin toplanılmasını, sistemləşdirilməsini, dövlət mühafizəsinə daimi qəbulunu, qeydiyyatını və onlardan səmərəli istifadəni təmin etməkdən ibarətdir.

3. Dövlət Proqramının əsas istiqamətləri

3.0. Dövlət Proqramında arxiv işinin 2020-2025-ci illərdə aşağıdakı əsas istiqamətlərdə inkişaf etdirilməsi nəzərdə tutulur:

3.0.1. arxiv işi sahəsində dövlət nəzarətinin gücləndirilməsi, səmərəli idarəetmənin təşkili və kadr potensialının təkmilləşdirilməsi;

3.0.2. dövlət arxivlərinin informasiya potensialının zənginləşdirilməsi və göstərilən xidmətlərin çeşidinin artırılması;

3.0.3. arxiv fondu sənədlərinin rəqəmsallaşdırma yolu ilə etibarlı mühafizəsinin təşkili;

3.0.4. arxiv işinin yeni texnologiyalar tətbiq etməklə müasir tələblər səviyyəsində qurulması, elektron arxiv məlumat sisteminin yaradılması və onun dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyasının təmin edilməsi;

3.0.5. arxiv işi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, digər ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Naxçıvanla bağlı saxlanılan sənədlərin (surətlərinin) aşkar edilərək muxtar respublikaya gətirilməsi;

3.0.6. arxiv sahəsində çalışan işçilərin informasiya texnologiyaları, arxiv işi, arxivşünaslıq, sənədşünaslıq sahələrində elmi biliklərinin və peşə bacarıqlarının artırılması.

4. Gözlənilən nəticələr

4.0. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

4.0.1. arxiv işinin müasir tələblərə uyğun təşkilinin təmin olunması, daha çevik idarəetmə sisteminin formalaşdırılması və bu sahədəki fəaliyyətə dövlət nəzarətinin gücləndirilməsi;

4.0.2. dövlət arxivlərinin arxiv fondu sənədləri ilə mütəmadi komplektləşdirilməsi, qeydiyyatı və etibarlı mühafizəsi;

4.0.3. arxiv fondunun kataloq sistemini elektronlaşdırmaqla, informasiya-axtarış imkanlarının genişləndirilməsi;

4.0.4. dövlət arxivlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi;

4.0.5. arxiv işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi, dövlət arxivlərinin ixtisaslı kadrlarla təmin olunması;

4.0.7. arxiv işi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

5. Dövlət Proqramının maliyyə təminatı

Dövlət Proqramının maliyyə təminatını dövlət büdcəsindən ayrılan vəsait və qanuna zidd olmayan digər mənbələr təşkil edir.

6. Dövlət Proqramının həyata keçirilməsi üzrə

 

TƏDBİRLƏR PLANI

 

Tədbirin adı

İcraçı orqan

İcra müddəti

6.1.

Dövlət arxivlərində fəaliyyətin müasir prinsiplər əsasında qurulması, arxiv sahəsində çalışan əməkdaşlar üçün seminar və tematik təlimlərin keçirilməsi

Dövlət Arxiv İdarəsi

2020–2025

6.2.

Arxiv işi, arxivşünaslıq, sənədşünaslıq sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün təhsil və elmi müəssisələrlə (təşkilatlarla) qarşılıqlı əməkdaşlığın genişləndirilməsi

Dövlət Arxiv İdarəsi, ali təhsil müəssisələri, Azərbaycan    Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi

2020–2025

6.3.

Arxiv fondu sənədlərinin idarə arxivlərində qanunvericiliklə müəyyən edilən müddətdə  mühafizəsinin təşkili, daimi dövlət mühafizəsinə təhvil vermək üçün seçilən sənədlərin işlənilməsi sahəsində görülən işlərin təkmilləşdirilməsi

Dövlət Arxiv İdarəsi

2020-2025

6.4.

Arxiv fondu sənədlərinin etibarlı mühafizəsi və səmərəli istifadəsi üçün arxiv işində yeni texnologiyalardan istifadənin genişləndirilməsi və yeni innovativ metodların tətbiqi

Dövlət Arxiv İdarəsi, Rabitə    və Yeni Texnologiyalar Nazirliyi

2020–2025

6.5.

Arxiv fondu sənədlərinin rəqəmsal­laşdırılması üçün zəruri infrastrukturun qurulması

Dövlət Arxiv İdarəsi, Rabitə    və Yeni Texnologiyalar Nazirliyi

2020–2021

6.6.

Dövlət arxiv təşkilatlarının əsas istiqamətlər üzrə fəaliyyətinin avtomatlaşdırılması:

-arxiv fondlarının elektron fond kataloqunun yaradılması;

-istifadə olunan arxiv fondu sənədlərinin elektron qeydiyyat sisteminin yaradılması;

-arxiv fondunun komplektləşdirmə mənbəyi olan təşkilatların elektron reyestrinin yaradılması;

-elektron arxiv məlumat bazasının və arxiv sənədlərinin ehtiyyat fondunun (serverin) yaradılması;

-arxiv fonduna məxsus nadir və xüsusi qiymətli sənədlər də daxil olmaqla, bütün növ sənədləri özündə əks etdirən elektron arxiv reyestrinin yaradılması

Dövlət Arxiv İdarəsi, Rabitə    və Yeni Texnologiyalar Nazirliyi,     Dövlət Təhlükəsizliyi Xidməti

 

2020–2025

6.7.

Mövcud şəbəkə, ştat və ayrılmış vəsait çərçivəsində daimi dövlət mühafizəsinə qəbul edilən elektron sənədlərin mühafizəsi, uçotu və istifadəsi məqsədilə Dövlət Arxiv İdarəsinin tabeliyində Elektron Sənədlər Mərkəzinin yaradılmasına dair təkliflərin hazırlanması

Dövlət Arxiv İdarəsi

2023

6.8.

“ASAN xidmət indeksi”nin tələblərinə uyğun olaraq arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların və ya onların təsdiq olunmuş surətlərinin bir pəncərə sistemi üzərindən verilməsi

Dövlət Arxiv İdarəsi, “ASAN xidmət” Mərkəzi

2020-2025

6.9.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər idarə, müəssisə və təşkilatlarda arxiv işinin düzgün qurulması, müvəqqəti mühafizə müddəti bitdikdən sonra arxiv fondu sənədlərinin komplektləşdirilərək Dövlət Arxiv İdarəsinə təhvil verilməsi

Dövlət Arxiv İdarəsi, aidiyyəti orqanlar

2020-2025

6.10.

Dövlət arxiv fondu sənədlərindən istifadə və sənədlərin fonda qəbulu qaydalarının yenidən hazırlanması və tətbiqi

Dövlət Arxiv İdarəsi

2020-2021

6.11.

Rayon (şəhər) dövlət arxivləri üçün yeni arxiv binalarının tikilməsi və ya mövcud arxiv binalarının yenidən qurulması

Dövlət Arxiv İdarəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları 

2020–2025

6.12.

Dövlət arxivlərində arxiv işinin müasir tələblərə uyğun aparılması üçün zəruri proqram təminatlarının, məlumat bazalarının və idarəetmə sistemlərinin alınması, formalaş­dırıl­ması və tətbiqi

Dövlət Arxiv İdarəsi, Rabitə           və Yeni Texnologiyalar Nazirliyi

2020–2025

6.13.

Dövlət arxivlərinin kağız əsaslı sənədlərinin sürətli skan və surətçıxarma aparatları, eləcə də kino-foto-fono sənədlərinin kimyəvi təmizlənməsi, yuyulması və üzünün köçürülməsi üzrə zəruri texniki vasitə və avadanlıqla təmin edilməsi

Dövlət Arxiv İdarəsi, Rabitə          və Yeni Texnologiyalar Nazirliyi

2020–2025

6.14.

Xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Naxçıvanla bağlı saxlanılan sənədlərin (surətlərinin) aşkar edilərək Naxçıvan Muxtar Respublikasına gətirilməsi, uçotu və mühafizəsinin təmin olunması

Dövlət Arxiv İdarəsi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi

2020–2025

6.15.

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının yerləşdiyi ölkələrin arxivlərində Naxçıvana aid sənədlərin aşkar edilməsi üzrə işin aparılması

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi

2020-2025

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

012086
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
75
72
147
2646
12086

Tarix: 26-05-2020