Sığortaolunanlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarına elektron qaydada nəzarət edə bilər

  • Nəşr edilib 19.03.2020 11:15
  • Baxış sayı: 55
  • 19 Mart

     Ölkədə vahid sığorta-pensiya sisteminin qurulması ilə əlaqədar ulu öndərin əsasını qoyduğu islahatlar bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. İslahatların nəticəsi olaraq ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin ödənilmiş sosial sığorta haqlarına bağlı olan, müasir sığorta-pensiya sistemi yaradılıb.

   

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada bütün sahələrdə davam etdirilən islahatlar sosial müdafiə sisteminin də inkişafına geniş imkanlar yaradıb. Muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanları müasir standartlara cavab verən, yüksək maddi-texniki baza ilə təchiz olunub. İdarəetmədə operativliyi təmin etmək məqsədilə lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb. Nəticədə əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaranıb və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, Fondun bütün sahələri avtomatlaşdırılıb. Bütün bunlar əmək pensiyaçılarına, sığortaedənlərə və sığortaolunanlara göstərilən xidmətlərin keyfiyyətinin xeyli yaxşılaşdırılmasına səbəb olub.

   Muxtar respublikada sığorta-pensiya sisteminin aparıcı tərkib hissəsi olan fərdi uçot sisteminin tətbiqinə 2006-cı ildən etibarən başlanılıb. Fərdi uçotun yaradılmasında əsas məqsəd, ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasıdır. Yəni, ödənilən məcburi dövlət sosial sığorta haqları Fondda fərdi uçot sistemində açılan fərdi şəxsi hesablara işlənilir ki, gələcəkdə pensiya təyinatı aparıldıqda həmin fərdi şəxsi hesabda olan məlumatlar əsas götürülür. 

      Qeyd etmək lazımdır ki, Fondun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özünün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdirlər. Bunun üçün Naxçıvan  Muxtar Respublikasının Elektron  Hökumət  Portalına (e-hokumet.nmr.az), Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nmr.az)  internet səhifəsinə və e.sosial.az saytına daxil olmaqla, “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə, hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları, həmçinin illər üzrə öz pensiya kapitalını izləyə bilər.

    Fond tərəfindən qarşıya qoyulan ən başlıca vəzifələr muxtar respublikada bütün sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotunun aparılması, bu sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və vətəndaşların  maarifləndirilməsinə  nail olmaqdan ibarətdir.

 

Naxçıvan Muxtar Respublikası

Dövlət Sosial Müdafiə Fondunun

mətbuat xidməti

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

012102
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
91
72
163
2662
12102

Tarix: 26-05-2020