Muxtar respublikada sentyabr ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılmışdır

  • Nəşr edilib 10.09.2020 14:48
  • Baxış sayı: 98
  • 10 Sent

  Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar dövlətin iqtisadi, eyni zamanda sosial müdafiə sahəsində qarşıya qoyduğu hədəflərinin uğurla gerçəkləşdirilməsinə geniş imkanlar yaratmışdır. Muxtar respublikamızda da həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadi və sosial sahədə davamlı inkişaf təmin edilmişdir. Əhalinin bütün təbəqələrinin, o cümlədən cəmiyyətin həssas qrupu sayılan əmək pensiyaçılarının rifah halının yüksəldilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində muxtar respublikada mütəmadi olaraq işlər görülür. Əmək pensiyaçılarının sosial müdafiəsinə və onların maraqlarının təminatına yönələn növbəti tədbir kimi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayı üçün pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsi başa çatdırılmışdır. Tələb olunan vəsait fondun xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl pensiyaçıların plastik bankomat kartlarına və kəndlərdə yaşayan pensiyaçıların istəklərinə əsasən poçt ünvanlarına köçürülməklə, pensiyaların maliyyələşdirilməsi yekunlaşdırılmışdır. Hal-hazırda isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtlı-vaxtında maliyyələşdirilməsi üçün müvafiq işlər görülür.

 

     Qanunvericiliyə uyğun olaraq sığortaolunanların pensiya təminatlarında məcburi dövlət sosial sığorta haqqı şəklində toplanan pensiya kapitalı nəzərə alınır. Sığorta-pensiya sisteminin əsas məqsədlərindən biri hər bir kəsi sosial sığorta haqlarını ödəməkdə maraqlı olmağa dəvət etməkdir. Vətəndaşlar bilməlidir ki, məcburi dövlət sosial sığortası onların bu günü və gələcəyi üçün təminatdır. Bu da insanları sığorta-pensiya sistemində aktiv iştiraka sövq etməlidir. Nəzərə almaq lazımdır ki, məcburi dövlət sosial sığorta haqqı üzrə vəsaitin fondun xəzinə hesabına vaxtında daxil olması, habelə fondun  büdcəsinin gəlirləri üzrə proqnoz tapşırıqlara artıqlaması ilə əməl olunması əmək pensiyaları və sosial müavinətlərin də vaxtlı-vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaradır.

   Fond bundan sonra da əmək pensiyaçılarının sosial rifahının yüksəldilməsi üzrə müəyyən olunmuş işlərin icrası sahəsində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

029282
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
86
142
228
2794
29282

Tarix: 22-09-2020