Fondun kollektivi Heydər Əliyev muzeydə olub

  • Nəşr edilib 07.10.2020 16:44
  • Baxış sayı: 107
  • 07 Okt

 Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollektivi Heydər Əliyev muzeyini ziyarət edib.

  Kollektivə muzey haqqında geniş məlumat verilib. Qeyd olunub ki, bu gün Ümummilli Liderimizin həyat və fəaliyyətini əks etdirən çoxsaylı muzeylər fəaliyyət göstərir. Muxtar respublikamızın paytaxtındakı Heydər Əliyev Muzeyi isə Ulu Öndərimizin dünyaya gəldiyi və ilk əmək fəaliyyətinə başladığı şəhərdə yaradılıb. Bu, həm də o deməkdir ki, dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsini öyrənmək və ondan bəhrələnmək məhz ilk dəfə Naxçıvanda həyata keçirilmişdir.

 

  Qeyd edilib ki, muzeydə görkəmli dövlət xadiminin həyatı və fəaliyyəti ilə bağlı eksponatlar ehtiramla qorunur, tədqiq və təbliğ edilir. Onun zəngin irsi və dövlətçilik təcrübəsinin öyrənilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır. Ötən illər ərzində Heydər Əliyev Muzeyi Ümummilli Liderimizin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı layiqincə yerinə yetirib. Bu gün də bu işlər uğurla davam etdirilir.

   Muzeyin həyatında ən əlamətdar hadisələrdən biri ulu öndər Heydər Əliyevin muzeyin ekspozisiyası ilə tanış olmasıdır. Bu ziyarət zamanı çəkilmiş fotolar muzeyin dəyərli eksponatları siyahısındadır. Muzeyin xatirə kitabında dünyanın müxtəlif xalqlarının nümayəndələrinin Ulu Öndər haqqında yazdığı fikirlər də maraq doğurur.

   Sonra kollektiv Ümummilli liderin siyasi fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən eksponatlarla tanış olublar. 

  Azərbaycan tarixi üçün əhəmiyyətli sənədlər, ulu öndərə həsr olunmuş kitablar, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş fotoşəkillər, böyük dövlət xadiminə məxsus şəxsi əşyalar kollektivin xüsusi diqqətini çəkib.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

034252
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12
86
509
3888
34252

Tarix: 31-10-2020