Əmək pensiyalarının maliyyələşdirilməsi yekunlaşıb

  • Nəşr edilib 12.10.2020 14:17
  • Baxış sayı: 17
  • 12 Okt

   Ölkəmizdə həyata keçirilən sosial islahatların əsas məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılmasıdır. Bu islahatların nəticəsi olaraq vətəndaşlara, o cümlədən əhalinin aztəminatlı təbəqəsi sayılan pensiyaçılara və sosial qayğıya ehtiyacı olanlara aylıq pensiya və müavinətlərin vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin edilir.

 

 Muxtar respublikamızda da əhalinin sosial müdafiəsi, məşğulluğun təmin edilməsi, gəlirlərin artırılması ilə bağlı bir sıra işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə diqqət və qayğısı ilə sahibkarlıq fəaliyyəti inkişaf etdirilir, yeni iş yerləri yaradılır. Həmçinin, vətəndaşlara əməkhaqqı, pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi təmin edilir.

   Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu muxtar respublikada əmək pensiyaların və müavinətlərin vaxtında maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Belə ki, əvvəlki aylarda oluğu kimi, oktyabr ayında da pensiyaçılara bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb. Təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar və poçt bölmələri vasitəsi ilə həyata keçirilir. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin isə vaxtında maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görülür.

   Sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları Fondda fərdi uçot sistemində açılmış fərdi şəxsi hesablara işlənilir ki, bu da gələcəkdə pensiya təyinatı aparıldıqda həmin fərdi şəxsi hesabda olan məlumatlar əsas götürülür. Ümumiyyətlə bütün sığortaolunanlar məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə maraqlı olmalıdır. Çünki, gələcəkdə əmək pensiyası hüququnun yaranması, eləcə də məcburi dövlət sosial sığortası üzrə ödəmələrdən yararlanmaq üçün, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi əsas şərtdir. Məcburi dövlət sosial sığorta haqlarından yayınan şəxslər gələcəkdə əmək pensiyası hüququndan və digər sığorta hadisələri zamanı sığor­ta ödəmələrindən məhrum olunmuş olacaq. Beləliklə, məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməklə sığortaolunanlar gələcəkdə baş verə biləcək sosial sığorta hadisələrindən sığortalanmış olacaqlar.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

034271
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
31
86
528
3907
34271

Tarix: 31-10-2020