Ötən ay 78 nəfərə əmək pensiyası təyin edilib

  • Nəşr edilib 21.10.2020 15:53
  • Baxış sayı: 91
  • 21 Okt

  Muxtar respublikamızda cəmiyyətin həssas qrupu sayılan pensiyaçıların rahatlığının təmin olunması, onların rifah halının yaxşılaşdırılması tədbirləri diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da bu istiqamətdə verilən tapşırıqların yerinə yetirilməsi üçün  mütəmadi olaraq tədbirlər görür. Belə ki, ötən ay ərzində əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri vaxtından əvvəl maliyyələşdirilmiş, pensiya ödənilməsinə 14 milyon 747 min manat, sosial sığorta ödəmələrinə isə 328 min manat vəsait xərclənmişdir.

 

  Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 8 milyon 340 min 700 manat vəsait daxil olmuşdur. Bu vəsait nəzərdə tutulan məbləğdən 16,5 faiz çoxdur. Daxil olan məcburi dövlət sosial sığorta haqqının məbləği ildən-ilə artmaqdadır. Bunun nəticəsində isə əmək pensiyaları və sosial müavinətlərin  vaxtlı-vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaranır.

  Hesabat dövründə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranan 78 vətəndaşa əmək pensiyası təyin edilmişdir ki, bunlardan 39-u yaşa görə, 4-ü əlilliyə görə, 35-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxan vətəndaşlar olub. Fərdi uçot sistemində də işlər davam etdirilmiş, yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 158 ərizə forması elekton imza vasitəsilə sifariş verilmişdir.

  Muxtar respublikada pensiyaçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların ödənilməsi sistemində mütərəqqi üsullardan istifadə olunur. Hazırda bütün növ əmək pensiyaçıları plastik kartlar vasitəsilə öz pensiyalarını istənilən vaxt rahat şəkildə əldə edirlər. Eyni zamanda kənd yerlərində yaşayan pensiyaçıların rayon mərkəzinə getmədən pensiyalarını əldə etməsi üçün də müvafiq tədbirlər görülür, onların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunur.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

037507
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
69
108
711
3159
37507

Tarix: 29-11-2020