Fondun Naxçıvan şəhər şöbəsinin kollektivi Heydər Əliyev muzeyini ziyarət edib

  • Nəşr edilib 26.10.2020 16:07
  • Baxış sayı: 94
  • 26 Okt

  Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsinin kollektivi Heydər Əliyev muzeyində olub.

   Kollektivə məlumat verilib ki ulu öndər Heydər Əliyevin adını daşıyan muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1999-cu il tarixli sərəncamına əsasən yaradılmış və may ayının 10-da - ümummilli liderin anadan olduğu tarixdə fəaliyyətə başlayıb. Muzey Heydər Əliyevin həyat və fəaliyyətinin, ictimai-siyasi, elmi-nəzəri, dövlətçilik irsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, elmi cəhətdən araşdırılıb təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması kimi şərəfli və çox lazımlı bir vəzifəni həyata keçirir. Muzeyin ekspozisiyaları, eksponatları, guşələri, sərgiləri və digər görüntüləri ulu öndərimizin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirir. 420 eksponatla fəaliyyətə başlayan Heydər Əliyev Muzeyində hazırda 4746 eksponat toplanıb.

 

   Sonra kollektiv Ümummilli liderin siyasi fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən eksponatlarla tanış olublar.

 Muzeyin ekspozisiyalarında ulu öndərimizin xalqımızın tarixinə, mədəniyyətinə, incəsənətinə, elminə göstərdiyi diqqət və qayğı, xaricə səfərləri haqqında materiallar, kitablar, qəzet-jurnallar, məktublar, teleqramlar və başqa sənədlər elmi cəhətdən əsaslandırılmış, bədii cəhətdən tərtib olunaraq nümayiş etdirilir.

  Ulu öndərin uşaqlıq və gənclik illəri, Azərbaycana rəhbərlik etdiyi dövrləri əhatə edən, eləcə də onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri, həmçinin şəxsi əşyaları maraqla qarşılanıb.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

037485
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
47
108
689
3137
37485

Tarix: 29-11-2020