Qarabürc kənd avtomobil yolu yenidən qurulub

  • Nəşr edilib 12.11.2020 09:52
  • Baxış sayı: 78
  • 12 Noy

   Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabürc kənd avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olub.

  Bildirilib ki, 1,8 kilometrlik olan avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. Eyni zamanda 1,1 kilometr uzunluğundakı kənddaxili yollara qum-çınqıl qatı verilib. Tikinti aparılarkən yolun üzərində 27 su keçidi qoyulub, 1056 metr uzunluğunda beton su kanalı çəkilib.

 

   Qarabürc kəndində abadlıq işləri də aparılıb, 2 min metr fiber-optik, 1500 metr yeraltı rabitə xətti çəkilib, 2 transformator quraşdırılıb, 3 min metr uzunluğunda yeni elektrik xətti çəkilib, 4 min metrlik elektrik xətti izolyasiyalı elektrik kabellərlə əvəz edilib. Kənddə yeni tikililərə qaz xətti çəkilib, 1560 metr qaz xəttində təmir-bərpa işləri aparılıb, mövcud subartezian quyusundakı nasos yenilənib.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

037481
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
43
108
685
3133
37481

Tarix: 29-11-2020