Qələbə inkişafımızı sürətləndirəcək

  • Nəşr edilib 12.11.2020 16:42
  • Baxış sayı: 63
  • 12 Noy

  Azərbaycan dövləti tarixinin ən əlamətdar günlərini yaşayır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin reallaşdırdığı ordu quruculuğu öz nəticələrini göstərdi. 2020-ci il sentyabr ayının 27-sindən başlayan torpaqlarımızın azadlığı uğrunda mübarizədə Azərbaycanın şanlı ordusu öz gücünü, qüdrətini düşmənə layiqincə göstərdi. Uzun illərdən bu günə qədər torpaq uğrunda canını fəda edən igid şəhidlərimizin, gözü yaşlı analarımızın,  yurdundan, isti ocağından didərgin düşən vətəndaşlarımızın qisası vətənpərvər oğullarımız tərəfindən alındı. Azərbaycan Respublikası hərbi sahədə, eyni zamanda, diplomatik sahədə öz mövqelərini qətiyyətlə ortaya qoyaraq Dağlıq Qarabağı və ətraf əraziləri düşmən tapdağından azad etməyə nail oldu. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Birinci Qarabağ müharibəsinin nəticələri ilə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi. Bu şanlı qələbəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunudur.

 

   Qazanılan bu qələbəyə nə qədər sevinsək də bu döyüşdə müəyyən itkilərimiz də oldu. Neçə-neçə igid oğullarımız şəhid oldu, əlilə çevrildi. Şəhid də, qazi də, onların yaxınları da əmin idi ki, dövlətimiz hər zaman onların yanında olacaq, bütün çətinliklərin həlli diqqət mərkəzində saxlanılacaqdır. Təki torpaqlarımız azad olsun, bayrağımız bu torpaqlarda dalğalansın. Bu gün Azərbaycan dövləti sosial yardıma ehtiyacı olan bütün vətəndaşların, xüsusilə, Qarabağ müharibəsi əlilləri və veteranlarının, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət və qayğı göstərir. Hər kəsə məlumdur ki, bu qəbildən olan insanların qayğıları ölkə başçısının daim diqqət və nəzarətindədir.

   Son illər ölkəmizdə vətəndaşların, xüsusilə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və müharibə veteranlarının pensiya və müavinətlərinin artırılması, onların sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox işlər görülüb. Bütün bunlar həyata keçirilən güclü sosial siyasətin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir.

  Bu günki qələbənin əldə edilməsində Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımızın da böyük rolu olub. Muxtar respublikadan olan onlarla hərbçi bu döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid oldu, ağır yaralanaraq qazi statusu qazandı.  Şəhid ailələrinə, müharibə əlillərinə qayğı, onların maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması muxtar respublika rəhbərliyinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Muxtar respublika rəhbərliyi onların güzəranının yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayır, onlar mənzil və avtomobillərlə təmin edilir. Aparılan islahatlar və reallaşdırılan tədbirlərlə nəticəyə gəlmək olar ki, atılan hər bir addımın arxasında əhalinin firavanlığı, rifah halının daha da yaxşılaşdırılması və s. bu kimi faktorlar dayanmaqdadır.

   Eyni zamanda işğal altında olan ərazilərin azad edilməsi iqtisadi inkişafımıza da təkan verəcək və geosiyasi imkanlarımızı gücləndirəcəkdir. Bu ərazilərin təbii sərvətlərindən səmərəli istifadə, münbit torpaqların əmək dövriyyəsinə qatılması ölkəmizin iqtisadi qüdrətinin artırılmasına böyük töhfələr verəcəkdir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməlkə bərabər, əhalinin sosial müdafiəsini daha da gücləndirmək üçün möhkəm zəmin yaradacaqdır. Gələcəkdə yerinə yetiriləcək növbəti tədbirlər əhalinin sosial vəziyətinin getdikcə daha da yaxşılaşması üçün əsaslı imkan yaradacaqdır. Bir sözlə, ümummilli lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın öz qüdrətini artırmasını, yeni zirvələr fəth etməsini təmin edəcəkdir. 

 

Nicat Orucov

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

037466
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
28
108
670
3118
37466

Tarix: 29-11-2020