Əsgərlərə bayram sovqatı aparılmışdır

  • Nəşr edilib 30.12.2020 09:28
  • Baxış sayı: 84
  • 30 Dek

      Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu, “Hilal” Ət və ət məhsulları istehsalı müəssisəsi və “Evim AVM” firmasının əməkdaşları “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusunun Culfa rayonunda yerləşən "N" saylı hərbi hissəsinə bayram sovqatı aparmışlar.

    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənmiş, xalqımızın milli şüurunun formalaşmasına nail olunmuş və dünya azərbaycanlılarının həmrəyliyi təmin edilmişdir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordunun maddi-texniki bazası daha da möhkəmlənmiş, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapmış, müasir silah və texnika alınmış, yüksək ixtisaslı peşəkar hərbçilər hazırlanmışdır. 

    Bunun nəticəsidir ki, 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi, Azərbaycanın zəfəri ilə başa çatdı. Qarabağ Zəfəri ilk növbədə iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir Azərbaycanın apardığı siyasətin uğurunu ortaya qoydu. Beləliklə, Azərbaycan ordusu öz gücünü bütün dünyaya bir daha sübut etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən muxtar respublikada da ordu quruculuğuna xüsusi diqqət və qayğının göstərildiyini qeyd edən Əli Quliyev dövlətimizin keşiyində daim ayıq və sayıq dayanan əsgər və zabitləri 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı münasibəti ilə təbrik etmişdir.

    Hərbi hissənin zabiti Elşən Abdulrəhmanov bildirimişdir ki, muxtar respublikada ordu quruculuğu sahəsində görülmüş işlər Naxçıvanın müdafiəsini ən yüksək səviyyədə təşkil etməmizə şərait yaratmışdır. Əsgərlər adından çıxış edən Eyyub Camalov isə nümunəvi xidmət üçün hər cür şərait yaradıldığını bildirmiş, göstərilən diqqət və qayğıya görə şəxsi heyyət adından minnətdarlıq etmişdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

049263
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
62
138
62
5997
49263

Tarix: 25-01-2021