Cari ilin ilk ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılmışdır

  • Nəşr edilib 13.01.2021 16:09
  • Baxış sayı: 59
  • 13 Yan

    Ümummilli lider Heydər Əliyev ideyalarına sadiqlik, onun arzu və istəklərinin reallaşması yolunda həyata keçirilən islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə zəmin yaratmışdır. Bu tərəqqidə özünəməxsus yeri olan muxtar respublikamızda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bilavasitə diqqət və qayğısı sayəsində iqtisadiyyatın çoxşaxəli inkişafı təmin edilmişdir. İqtisadi sahədə qazanılan uğurlar sosial müdafiə sisteminin daha da gücləndirilməsinə, qarşıya qoyulmuş bütün sosial layihələrin uğurla icra olunmasına səbəb olmuşdur. İqtisadiyyatda davamlı inkişafın nəticəsidir ki, ötən il muxtar respublikada pensiya və müavinətlərin ödənişinə yönəldilən vəsaitin 62,2 faizi məcburi dövlət sosial sığorta haqqı üzrə daxilolmalar hesabına təmin edilmişdir.

 

     Əldə edilmiş nailiyyətlər əhalinin sosial müdafiəsi ilə bağlı xidmətlərin də daim təkmilləşdirilməsini şərtləndirmişdir. Xüsusilə əhalinin sosial qayğıya daha çox ehtiyac duyan təbəqəsi hesab olunan pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər, bununla bağlı sığorta-pensiya sisteminin inkişafı sahəsində aparılan islahatlar əmək pensiyalarının həcminə də müsbət təsir göstərmişdir. Belə ki, 2020-ci ildə muxtar respublika üzrə bütün növlər üzrə əmək pensiyalarının orta aylıq məbləği 2019-ci illə müqayisədə artmışdır. Bütün bunlar bir daha göstərir ki, pensiyaçıların maddi rifah halının yaxşılaşması üçun pensiyaların həcminin artırılması hər zaman diqqət mərkəzində saxlanılır.

     Ötən ilin uğurlu nəticələri muxtar respublikamızda sosial müdafiə sahəsində cari ildə də qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə icrasına geniş imkanlar açır. Bunu 2020-ci il 30 dekabr tarixində keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında qəbul olunan Naxçvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üçün büdcəsinin proqnoz göstəriciləri də təsdiq edir. Qanuna əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin proqnoz gəlirləri 109 milyon 400 min manat, xərcləri 202 milyon 750 min manat müəyyən edilmişdir. Təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi muxtar respublikamızda sığorta-pensiya sisteminin inkişafına, pensiyaçıların sosial rifah halının yaxşılaşdırılmasına şərait yaratmaqla bərabər, əmək pensiyaları və müavinətlərin hər ay vaxtında maliyyələşdirilməsini təmin edəcəkdir.

    Pensiyaların maliyyələşdirilməsi və vaxtından əvvəl ödənilməsi, pensiyaların ödənilməsi sahəsində tədbiq olunan üsullar pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün imkanlar yaratmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu sahədə tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Bunun nəticəsidir ki, muxtar respublika üzrə 2021-ci ilin ilk ayının pensiya vəsaitlərinin pensiyaçılara ödənilməsi prosesi tam yekunlaşmışdır. Təyin olunmuş əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsi ilə pensiyaçılara çatdırılmışdır. Kəndlərdə yaşayan əmək pensiyaçıları isə eyni zamanda, istəklərinə uyğun olaraq yaşadığı ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını əldə etmişlər. Muxtar respublikada aparılan quruculuq tədbirləri çərçivəsində yerlərdə müasir tələblərə uyğun yaradılmış poçt bölmələri bunun üçün əlverişli şərait yaratmışdır. Bu isə öz növbəsində əlavə vaxt və vəsait sərf etmədən pensiyaçıların öz pensiyalarını rahat şəkildə əldə etmələrinə imkan verir.

     Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına, yaxud poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər isə hal-hazırda davam etdirilir və qısa zamanda yekunlaşdırılacaqdır.

   Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bundan sonra da bütün səylərini pensiya təyinatının qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılması, pensiyaların vaxtında ödənilməsi ilə bağlı verilmiş tapşırıqların icrasına yönəltməklə, muxtar respublikada sığorta-pensiya sisteminin inkişafına öz töhfəsini verəcəkdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

049262
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
61
138
61
5996
49262

Tarix: 25-01-2021