Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda maarifləndirici tədbir keçirilib

  • Nəşr edilib 06.04.2021 11:12
  • Baxış sayı: 49
  • 06 Apr

     Aprelin 5-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə fondun iclas zalında mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd fondda fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş qaydalara əməl olunması, yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi ilə bağlı işçilərin maarifləndirilməsidir.

     Tədbiri giriş sözü ilə Fondun Aparat rəhbəri Rafiq Novruzov açıb və tədbirin əhəmiyyətindən danışıb.

   Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Azadə Cəfərova çıxış edərək fövqəladə hadisələr zamanı yanğınların qarşısının alınması, yanğına səbəb olan amillərin aradan qaldırılması, fərdi mühafizə vasitələri və kollektiv mühafizə qurğuları haqqında məlumatların olması, əleyhqazlardan istifadə üsulları barədə nəzəri biliklərin və praktiki vərdişlərin təkmilləşdirilməsi, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydalarına xüsusi diqqət yetirilməsi barədə ətraflı məlumat verib.

    Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Afaq Alməmmədova çıxış edərək bildirib ki, fövqəladə hallar zamanı xəsarət alanlara yerində ilk tibbi yardımın göstərilməsi və davranış qaydalarının mühüm əhəmiyyəti var. Gündəlik həyatımızda baş verəcək hadisələrə hər zaman hazırlıqlı olmalı və bu zaman davranış qaydalarını bilməliyik. Bu davranış qaydalarını fövqəladə hallar zamanı tətbiq etməklə dəyən ziyanı minimuma endirmək və daha az insanın xəsarət almasına nail olmaq olar. Bu səbəbdən əhalinin maarifləndirilməsi, müxtəlif ekstremal vəziyyətlərdə əvvəlcədən hazırlıqlı olması, özünə və qarşılıqlı yardım qaydaları və üsullarını bilməsi mühüm şərtdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

085735
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
221
466
1939
2650
85735

Tarix: 10-04-2021