Qarşıya qoyulan vəzifələr icra olunur

  • Nəşr edilib 08.04.2021 09:23
  • Baxış sayı: 39
  • 08 Apr

    Muxtar respublikanın sosial-iqtisadi inkişafı əhalinin həssas hissəsi sayılan əmək pensiyaçılarının rifah halının yaxşılaşmasını təmin edib. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da muxtar respublikada bu istiqamətdə üzərinə düşən vəzifə və tapşırıqların icrasına çalışıb. Belə ki, fond cari ilin ilk üç ayı ərzində əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsini hər ay vaxtında başa çatdırıb. Bu məqsədlə tələb olunan 48 milyon 53 min manat vəsait pensiya və məcburi dövlət sosial sığorta ödəmələrinə xərclənib.

     Ötən üç ay ərzində müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə 28 milyon 877 min manat vəsait yığılaraq fondun xəzinə hesabına köçürülüb ki, bu da nəzərdə tutulan məbləğdən 10,9 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 60 faizi məcburi dövlət sosial sığorta haqqı şəklində muxtar respublikada yığılıb.

      Muxtar respublikada aparılan məqsədyönlü sosial-iqtisadi islahatlar fondun gəlirlərindin də artmasına müsbət təsir göstərib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə fondun gəlirlərində 8,2 faiz və ya 2 milyon 841 min 600 manat artım qeydə alınıb. Hesabat dövründə 15 hüquqi şəxs və 677 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb.

     Pensiya hüququ yaranan vətəndaşlara fond tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada pensiyaların təyinatı diqqət mərkəzində saxlanılıb. Belə ki, cari ilin birinci rübündə 437 vətəndaşa ilk dəfə əmək pensiyası təyin olunub. Bunlardan 310-u yaşa görə, 28-i əlilliyə görə, 99-u isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub. Fərdi uçot sistemi ilə əhatə olunanların sayında da artım olmuş, fərdi şəxsi hesabı olanların sayı cari ilin müvafiq dövründə 691 nəfər artaraq 180 340 nəfərə çatıb.

      Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 5 fevral 2021-ci il tarixli Sərəncamına əsasən, əmək pensiyalarının sığorta hissəsi 1 yanvar tarixindən 11,4 faiz artırılıb. Artım  muxtar respublika üzrə  ümumilikdə 46 min 388 əmək pensiyaçısına və ya pensiyaçıların 92,3 faizinə şamil edilib. Eyni zamanda istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muxtar respublikada fərdi uçot sistemində qeydiyyatda olan 179649 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı məbləğləri də indeksləşdirilməklə 2,8 faiz artırılıb.

       Fond bundan sonra da qarşıya qoyulan vəzifə və tapşırıqları vaxtında yerinə yetirməyə çalışacaqdır.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

085734
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
220
466
1938
2649
85734

Tarix: 10-04-2021