Muxtar respublikada may ayı üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılmışdır

  • Nəşr edilib 06.05.2021 18:07
  • Baxış sayı: 73
  • 06 May

   Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər qədim diyarın inkişafının davamlılığını təmin etmiş, əhalinin rifah halının gündən-günə daha da yaxşılaşmasına şərait yaratmışdır. Muxtar respublikada xüsusilə əmək pensiyaçılarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Həssas sosial qrupların həyat şəraitinin yüksəldilməsi insan amilinə verilən dəyərin ifadəsidir.

   Bütün bunlar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun qarşısına qoyulan vəzifələrin yüksək səviyyədə icrasına zəmin yaratmışdır. Belə ki, fond hər ay olduğu kimi may ayında da bütün növ əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmışdır. Təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar və poçt bölmələri vasitəsi ilə həyata keçirilmişdir. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər davam etdirilir. Qeyd edək ki, muxtar respublikada iqtisadiyyatın davamlı inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi, həmçinin sığorta-pensiya sisteminin düzgün qurulması nəticəsində fondun gəlirləri artmış, pensiya və məcburi dövlət sosial sığorta haqları hesabına ödəmələrin vaxtlı-vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaranmışdır.

    Muxtar respublikada pensiyaların mütərəqqi üsullarla ödənilməsi sahəsində mühüm işlər görülmüş, əmək pensiyaçılarının plastik kartlar vasitəsilə pensiyalarını istənilən vaxt rahat şəkildə əldə etməsi təmin edilmişdir. Eyni zamanda kənd yerlərində yaşayan pensiyaçıların rayon mərkəzinə getmədən pensiyalarını əldə etməsi üçün də müvafiq tədbirlər görülmüş, onların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunmuşdur. Bütün bunlar muxtar respublikada pensiyaçılara göstərilən xidmət səviyyəsinin daha da yüksəlməsi istiqamətində atılmış  mühüm addımlardan biridir.

     Fond bundan sonra da mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşlara pensiya və məcburi dövlət sosial sığorta üzrə ödəmələrin həm plastik bankomat kartları, həm də poçt bölmələri vasitəsilə hər ay vaxtında ödənilməsi üçün qarşıya qoyulan vəzifələri həyata keçirəcəkdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

104953
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
419
381
1877
5410
104953

Tarix: 19-06-2021