1941-1945-ci illər müharibəsi iştirakçilarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardımın verilməsi təmin edilmişdir

  • Nəşr edilib 07.05.2021 17:02
  • Baxış sayı: 84
  • 07 May

   Bu gün ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindəndir. 1941-1945-ci illər müharibə iştirakçılarına, arxa cəphə veteranlarına xüsusi diqqət və qayğı göstərilir, onların sosial təminatı daha da yaxşılaşdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəphədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 29 aprel 2021-ci il tarixli Sərəncamı bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin davamıdır.

    Sərəncamın icrası muxtar respublikada operativ qaydada təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları tərəfindən birdəfəlik maddi yardımın şamil olunduğu şəxslərə çatdırılması məqsədilə 345 min 750 manat vəsait həmin şəxslərin bank hesablarına  köçürülmüşdür.

   Qeyd edək ki, muxtar respublikada birdəfəlik maddi yardımın verilməsi bu qəbildən olan 450 nəfərə şamil olunmuşdur. Onlardan 11 nəfər 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1500 manat, 439 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardım ödənilmişdir.

    Xalqımızın fəxri olan 1941-1945-ci illər müharibəsi veteranlarının qəhrəmanlığı ehtiramla xatırlanır, şərəfli döyüş yolu keçmiş soydaşlarımızın şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri unudulmur. Onların qəhrəmanlıq göstərdiyi döyüş yolu gənc nəslin mənəvi, hərbi-vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilmişdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

104860
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
326
381
1784
5317
104860

Tarix: 19-06-2021