Əmək pensiyalarının minimum məbləğinin artırılması muxtar respublika üzrə 2115 pensiyaçıya şamil ediləcəkdir

  • Nəşr edilib 29.12.2021 19:18
  • Baxış sayı: 80
  • 29 Dek

   Ölkəmizdə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və digər ödənişlərin minimum məbləğlərinin artırılması istiqamətində görülən tədbirlər dövlətin əsas prioritetlərindəndir. Ölkə başçısı tərəfindən imzalanmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyasının minimum məbləğinin 2022-ci il 1 yanvar tarixindən artırılaraq 240 manat məbləğində müəyyən olunması pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır və bu da pensiya təminatında artım dinamikasının, ümumən əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin uğurla davam etdirildiyini bir daha təsdiq edir.

    Dəyişikliyə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1-ci maddəsində (Əmək pensiyasının minimum məbləği) “1 oktyabr tarixindən 200 manat” sözləri “1 yanvar tarixindən 240 manat” sözləri ilə əvəz edilmişdir. Beləliklə, minimum əmək pensiyasının məbləği 1 yanvar 2022-ci il tarixindən 200 manatdan artırılaraq 240 manata çatdırılmışdır. Bu da o deməkdir ki, həmin tarixdən 240 manatdan aşağı əmək pensiyası alan olmayacaqdır.

   Artım muxtar respublika üzrə 1226 nəfər yaşa görə, 733 nəfər əlilliyə görə, 156 nəfər ailə başçısını itirməyə görə, ümumilikdə isə 2115 nəfər əmək pensiyaçısına şamil ediləcəkdir. Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən hər ay orta hesabla 51 min 300 manat əlavə vəsait yönəldiləcəkdir.

   Pensiyanın minimum məbləğinin artımı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının pensiya ödənişində qanunvericiliyə uyğun plastik bankomat kartları və poçt şöbələri vasitəsi ilə pensiyaçılara ödəniləcəkdir.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikada əmək pensiyaçılarının sosial rifah halının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən tədbirlərin görülməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun qarşısına qoyulan vəzifələr bundan sonra da həyata keçiriləcəkdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

168193
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
860
357
1217
7089
168193

Tarix: 18-01-2022