Pensiyaların artımla birlikdə ödənilməsi başa çatdırılmışdır

  • Nəşr edilib 07.01.2022 19:02
  • Baxış sayı: 80
  • 07 Yan

   Muxtar respublikada həyata keçirilən tədbirlərlə iqtisadiyyatın çoxşaxəli inkişafı təmin edilmiş, bununla da sosial müdafiə sisteminin daha da gücləndirilməsinə, qarşıya qoyulmuş bütün sosial layihələrin uğurla icra olunmasına zəmin yaranmışdır. İqtisadiyyatda davamlı inkişafın nəticəsidir ki, ötən il muxtar respublikada pensiya və müavinətlərin ödənişinə yönəldilən vəsaitin 60,1 faizi məcburi dövlət sosial sığorta haqqı üzrə daxilolmalar hesabına təmin edilmişdir.

    Əldə edilmiş nailiyyətlər əhalinin sosial müdafiəsi ilə bağlı xidmətlərin də daim təkmilləşdirilməsini şərtləndirmişdir. Xüsusilə əhalinin sosial qayğıya daha çox ehtiyac duyan təbəqəsi hesab olunan pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər, bununla bağlı sığorta-pensiya sisteminin inkişafı sahəsində aparılan islahatlar əmək pensiyalarının həcminə də müsbət təsir göstərmişdir. Belə ki, ötən il ölkəmizdə  pensiyaların minimum məbləği 200 manat idisə, yanvar ayının 1-dən bu göstərici 20 faiz artaraq 240 manat təşkil edir. Bu isə onu göstərir ki, əhalinin həssas qrupu sayılan pensiyaçıların maddi rifah halının yaxşılaşması üçün pensiyaların həcminin artırılması hər zaman diqqət mərkəzində saxlanılır.

   Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu sahədə tapşırıqların yerinə yetirilməsi üçün müvafiq tədbirlər görmüşdür. Nəticədə muxtar respublika üzrə cari ilin ilk ayında pensiyaların artımla birlikdə pensiyaçılara ödənilməsi prosesi tam yekunlaşmışdır. Təyin olunmuş əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsi ilə pensiyaçılara çatdırılmışdır. Kəndlərdə yaşayan əmək pensiyaçıları isə eyni zamanda, istəklərinə uyğun olaraq yaşadığı ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını əldə etmişlər. Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına, yaxud poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər isə hal-hazırda davam etdirilir və qısa zamanda yekunlaşdırılacaqdır.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

168202
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
869
357
1226
7098
168202

Tarix: 18-01-2022