Muxtar respublikada may ayı üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılıb

  • Nəşr edilib 05.05.2022 19:08
  • Baxış sayı: 71
  • 05 May

   Muxtar respublikada əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı tədbirlər həyata keçirilir. Əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hər ay vaxtından əvvəl maliyyələşdirilməsi də bu kimi tədbirlərdəndir. Muxtar respublikada iqtisadiyyatın davamlı inkişafı, həmçinin sığorta-pensiya sisteminin düzgün qurulması nəticəsində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb və bunun nəticəsində pensiya və məcburi dövlət sosial sığorta haqları hesabına ödəmələrin vaxtından əvvəl maliyyələşdirilməsinə şərait yaranıb. Fond tərəfindən hər ay olduğu kimi may ayında da bütün növ əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Bundan başqa qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib. Əmək pensiyalarının ödənişi plastik kartlar və poçt bölmələri vasitəsi ilə həyata keçirilib. Pensiya ödənişi ilə yanaşı əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də ödənilməsi başa çatdırılıb.

    Hazırda tətbiq olunan pensiya sistemi fərdi uçot əsasında, sosial sığorta prinsiplərinə uyğun olaraq fəaliyyət göstərir. Fərdi uçotun tətbiqi ilə bütün işləyən vətəndaşları əhatə edən sığorta-pensiya sisteminin formalaşdırılmasına nail olunub.

   Fond bundan sonra da əmək pensiyaçılarının sosial rifahının yüksəldilməsi üzrə müəyyən olunmuş işlərin icrası sahəsində öz üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışacaq və bunun üçün müvafiq tədbirlər həyata keçirəcəkdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

218789
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
136
469
605
9488
218789

Tarix: 24-05-2022