Ötən ay 148 nəfərə əmək pensiyası təyin olunub

  • Nəşr edilib 10.06.2022 18:17
  • Baxış sayı: 85
  • 10 İyun

   Muxtar respublikada əhalinin həssas qrupuna aid olan əmək pensiyaçılarının sosial müdafiə məsələləri daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə üzərinə düşən vəzifə və tapşırıqların icrasına çalışır. Fond ötən ay ərzində pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması, həmçinin pensiya və müavinətlərin ödənilməsi işlərini davam etdirib. Əmək pensiyaları və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər vaxtından əvvəl maliyyələşdirilib, pensiyaların ödənilməsinə 15 milyon 554 min manat, müavinətlərin ödənilməsinə isə 383 min manat vəsait xərclənib. Bundan başqa qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib.

    Hesabat ayında müvafiq orqan tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 10 milyon 490 min 900 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 13,7 faiz çoxdur. Ümumilikdə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 65,8 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb. Ötən ay ərzində 2 hüquqi və 243 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Həmçinin fərdi uçot sistemi sahəsində də işlər davam etdirilib və 233 yeni əmək fəaliyyətinə başlayan sığortaolunana fərdi şəxsi hesab açılıb.

   Müvafiq dövr ərzində pensiyaların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üçün işlər görülüb, 110-u yaşa, 15-i sağlamlıq imkanlarının məhdudluğuna, 23-ü ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 148 vətəndaşa əmək pensiyası təyin olunub. Pensiya təyin olunan vətəndaşlardan 135-nə qanunvericiliyə əsasən ilk dəfə təyinat olub, 13-nə isə pensiya növündə dəyişiklik edilib. Qanunvericiliyə uyğun olaraq 1307 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib.

   Ay ərzində deputatların, hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının icbari şəxsi sığortası ilə bağlı müvafiq işlər görülüb. Dövlət icbari şəxsi sığortası üzrə ödənişlər həyata keçirilib və qanunla müəyyən edilmiş məbləğdə vəsaitlərin həmin şəxslərin bank hesabına köçürülməsi təmin edilib. Sığortaedənlər tərəfindən dövlət icbari şəxsi sığortası üzrə 110 min 400 manat vəsait fondun xüsusi hesabına köçürülüb.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

231869
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
10
250
10
10146
231869

Tarix: 27-06-2022