Əmək pensiyalarının təyin edilməsi və hesablanma qaydaları ilə bağlı seminar keçirilib

  • Nəşr edilib 03.09.2022 15:56
  • Baxış sayı: 438
  • 03 Sent

   Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun akt zalında fondun yerli qurumlarının əməkdaşlarının iştirakı ilə növbəti seminar keçirilib. Seminarda Fondun Aparatının Pensiya təminatı şöbəsinin müdiri Aslan Eylazov çıxış edərək sağlamlıq imkanları məhdudluğa və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydası, qulluq stajına görə əmək pensiyasına əlavələrin müəyyən edilməsi barədə tədbir iştirakçılarına məlumat verib.

    Qeyd edilib ki, sağlamlıq imkanları məhdudluğa görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Sağlamlıq imkanları məhdudluğa görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə sağlamlıq imkanları məhdudluğu müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə sağlamlıq imkanları məhdudluğu müəyyən edilmiş şəxslərə isə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, qeyd olunan sığorta stajı olduqda təyin edilir.

   Bildirilib ki, əmək pensiyasının növlərindən biri olan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və hesablanması qaydası qanunvericilikdə nəzərdə tutulmuş müvafiq şərtlərə uyğun olaraq təyin edilir. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının qanunvericilikdə göstərilən ailə üzvlərinin nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin hər birinə düşən pensiyanın məbləği ailə üçün hesablanmış ümumi məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında çalışan işçilərin, eləcə də hərbi qulluqçuların pensiya təminatının daha da möhkəmləndirilməsi məqsədilə onların pensiyalarının üzərinə qanunvericiliklə müəyyən edilən qaydada dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavə hesablanır. Müvafiq vəzifələr tutan şəxslərin qulluq stajına görə əmək pensiyalarına əlavələrin hesablanması üçün mütləq qanunvericilikdə nəzərdə tutulmuş sığorta stajına malik olmalıdırlar.

   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

280115
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
173
390
173
931
280115

Tarix: 03-10-2022