Muxtar respublikada sentyabr ayı üçün əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb

  • Nəşr edilib 05.09.2022 18:11
  • Baxış sayı: 409
  • 05 Sent

   Muxtar respublikada sosial müdafiə sahəsində aparılan islahatlar sığorta-pensiya sisteminin inkişafına öz təsirini göstərməkdədir. Sığorta-pensiya sisteminin tətbiqi sahəsində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən tədbirlər uğurla davam etdirilir. Belə ki, fond hər ay olduğu kimi sentyabr ayında da pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsini vaxtından əvvəl başa çatdırıb. Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib. Ümumilikdə pensiya ödənişinə 15 milyon 376 min manat, məcburi dövlət sosial sığortası haqları hesabına müavinətlərin verilməsinə isə 345 min 66 manat vəsait yönəldilib. Bundan başqa, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtından əvvəl ödənilməsi təmin edilib. Təyin olunan pensiya və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib.

    Qeyd edək ki, hazırda tətbiq olunan pensiya sistemi sosial sığorta prinsiplərinə uyğun olaraq fəaliyyət göstərir. Yəni, əmək pensiyası hüququnun yaranması, eləcə də məcburi dövlət sosial sığortası üzrə ödəmələrdən yararlanmaq üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsi əsas şərtdir. Vətəndaşlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları onların fərdi şəxsi hesablarına işlənilir ki, bu da gələcəkdə pensiya təyinatı aparıldıqda həmin məlumatlar əsas götürülür. Sosial sığorta haqqı ödəməyən şəxslərin isə gələcəkdə əmək pensiyası və digər sığorta ödəmələrini almaq hüquqları yoxdur. Ona görə də vətəndaşların sosial sığorta ödəmələrindən yararlanmaları üçün məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam məbləğdə ödəməlidirlər.

   Fond bundan sonra da əhalinin sosial müdafiəsi sahəsində qarşıya qoyulan vəzifələri və verilən tapşırıqları operativ qaydada həyata keçirməyə davam edəcəkdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

280111
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
169
390
169
927
280111

Tarix: 03-10-2022