Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanması və ödənilməsi qaydalarında edilən dəyişikliklər ilə bağlı seminar keçirilmişdir

  • Nəşr edilib 10.09.2022 12:38
  • Baxış sayı: 368
  • 10 Sent

   Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun akt zalında keçirilən növbəti seminarda çıxış edən Fondun Aparatının Sosial və icbari şəxsi sığorta şöbəsinin müdiri Əli Həsənov məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin təyin olunması və hesablanması qaydasında edilmiş dəyişikliklər ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

    Vurğulanıb ki, sığortaolunanlar sosial sığorta hadisələri baş verdikdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərlə təmin olunurlar. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət və dəfn üçün müavinət daxildir.

   Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci il tarixli qərarı ilə "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"də bir neçə hissənin çıxarılması və dəyişdirilməsi ilə məcburi dövlət sosial sığortası üzrə müavinətlərin hesablanmasında və ödənilməsində yeni qaydalar müəyyən edilib. Qərara əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün veriləcəkdir. Bundan əlavə, qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması zamanı sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri müavinətin məbləğinin hesablanmasında nəzərə alınacaqdır.

   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

280112
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
170
390
170
928
280112

Tarix: 03-10-2022