Ötən ay 113 nəfərə əmək pensiyası təyin edilib

  • Nəşr edilib 16.11.2022 09:40
  • Baxış sayı: 423
  • 16 Noy

   Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sosial sığorta və pensiya təminatı sahələrində üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Fond tərəfindən oktyabr ayında əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq işlər görülüb, pensiya ödənilməsinə 17 milyon 494 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 308 min manat vəsait xərclənib. Eyni zamanda sığorta prinsipi ilə pensiya alanların hər birinə cari lin dördüncü rübü üzrə verilməsi nəzərdə tutulan 50 manat maddi yardım pensiya ilə birlikdə ödənilib. Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib.

    Ötən ay məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 11 milyon 396 min 900 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan proqnozdan 23,5 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 64 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb. Hesabat dövründə 4 hüquqi və 309 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Eyni zamanda fərdi uçot sisteminin qurulması ilə əlaqədar müvafiq işlər də diqqətdə saxlanılıb və 469 yeni əmək fəaliyyətinə başlayan sığortaolunana fərdi şəxsi hesab açılıb.

   Oktyabr ayında vətəndaşlara pensiyaların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üçün müvafiq işlər görülüb, 75-i yaşa, 22-si sağlamlıq imkanlarının məhdudluğuna, 16-sı ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 113 vətəndaşa əmək pensiyası təyin olunub. Pensiya təyin olunan vətəndaşlardan 103-nə ilk dəfə təyinat olub, 10-da isə pensiya növündə dəyişiklik edilib. Qanunvericiliyə uyğun olaraq 567 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub.

   Hesabat dövründə dövlət icbari şəxsi sığortası üzrə daxilolmalar diqqətdə saxlanılıb, sığortaedənlər tərəfindən 238 min 882 manat vəsait fondun hesabına köçürülüb. Dövlət icbari şəxsi sığorta ödənişini almaq üçün 4-ü sağlamlıq imkanlarının məhdudluğuna, 1-i ağır xəsarətə görə olmaqla, 5 hərbi qulluqçuya sığorta ödənişi həyata keçirilib. Ümumilikdə 25 min 850 manat vəsait həmin şəxslərin hesablarına köçürülüb.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

309929
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
355
320
1362
14915
309929

Tarix: 30-11-2022