Fondun Naxçıvan Şəhər İdarəsinin və Kəngərli Rayon Şöbəsinin kollektivləri muzeyləri ziyarət edib

  • Nəşr edilib 21.11.2022 14:44
  • Baxış sayı: 122
  • 21 Noy

   Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət edən Fondun Naxçıvan Şəhər İdarəsinin kollektivinə məlumat verilmişdir ki, Naxçıvan şəhərində yerləşən muzey Ümummilli lider Heydər Əliyevin 31 dekabr 1998-ci il tarixli sərəncamı ilə yaradılmışdır. 13 oktyabr 1999-cu ildə muzeyin açılış mərasimində ulu öndər Heydər Əliyev iştirak etmişdir.

   Qeyd edilmişdir ki, Cəlil Məmmədquluzadənin ev muzeyinin binası şərq memarlıq üslubunda tikilmiş XIX əsrə aid olan yaşayış evidir. Bina XIX əsrin ortalarında çiy kərpicdən tikilmiş və sonralar bişmiş kərpiclə üzlənilmişdir. Muzeyin binası iki mərtəbədən ibarətdir. Muzey iki ekspozisiya zalı və foyedən ibarətdir. Muzeyin fondunda 2500-ə yaxın eksponat vardır, onlardan 300-dən çoxu ekspozisiya zallarında nümayiş olunur. Muzeydə Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədlər, onun mütaliə etdiyi klassiklərin əsərləri, şəxsi kitabxanası və rəsm əsərləri  nümayiş etdirilməkdədir. Həmçinin ədibin müəllifi olduğu “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri də muzeyin qiymətli eksponatları sırasındadır.

   Fondun Kəngərli Rayon Şöbəsinin əməkdaşları isə Qarabağlar Türbə Kompleksində olublar. Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il iyulun 4-də Sərəncam imzalamış, bununla bağlı tədqiqat qrupu yaradılmışdır. Sərəncama əsasən Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksində bərpa işləri həyata keçirilmişdir. Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olan dünya əhəmiyyətli abidədə bərpa işləri elmi əsaslarla aparılmışdır. Bərpa işləri aparılarkən abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılmışdır.

   Kompleks türbə, xanəgah və qoşa minarəli baştağdan ibarətdir. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri sərgilənir. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda, toxuculuq nümunələri məişət mədəniyyətimiz haqqında dolğun təəssürat yaradır. Ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar da nümayiş olunur.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

309940
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
366
320
1373
14926
309940

Tarix: 30-11-2022