Əmək pensiyalarının minimum məbləğinin artırılması muxtar respublika üzrə 4 min 600 pensiyaçıya şamil ediləcəkdir

  • Nəşr edilib 05.01.2023 18:39
  • Baxış sayı: 222
  • 05 Yan

   Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və digər ödənişlərin minimum məbləğlərinin artırılması istiqamətində görülən tədbirlər dövlətin əsas prioritetlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" 5 yanvar 2023-cü il tarixli Sərəncamı  da  əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən tədbirlərin davamıdır. Sərəncama əsasən, əmək pensiyasının minimum məbləğinin artırılaraq 280 manat məbləğində müəyyən olunması nəzərdə tutulur.

    Sərəncama uyğun olaraq əmək pensiyasının minimum məbləğindən aşağı məbləğdə əmək pensiyası alan bütün növ əmək pensiyaçılarının pensiyalarının məbləği 280 manata çatdırılacaqdır. Beləliklə, minimum əmək pensiyasının məbləği 16,7 faiz artırılır ki, bu da bir neçə ildir minimum pensiyanın yüksək məbləğdə artırılmasının göstəricisidir. Minimum pensiyanın artırılması muxtar respublika üzrə ümumilikdə  4 min 600 əmək pensiyaçısına şamil ediləcəkdir.

   Ölkə başçısının əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq işlər həyata keçiriləcəkdir və əmək pensiyalarının minimum məbləğinin artırılaraq pensiyaçılara ödənilməsi təmin ediləcəkdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

522780
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
107
1213
3407
11535
522780

Tarix: 29-03-2024