Babək rayon sakinlərinin müraciətləri dinlənilib
- Nəşr edilib 04.02.2023 10:42
- Baxış sayı: 156
- 04 Fev
Fevralın 3-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.
Əvvəlcə Babək şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsi və şəhidlər abidəsi ziyarət edilib, gül dəstələri qoyulub.
Sonra görüşdə 159 rayon sakininin müraciəti dinlənilib.