Ölkə başçısının imzaladığı Sərəncam muxtar respublikada 43 min 881 əmək pensiyaçısına şamil olunaraq icra edilmişdir

  • Nəşr edilib 16.02.2023 18:04
  • Baxış sayı: 509
  • 16 Fev

   Əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə pensiyaların mütəmadi olaraq artırılması həyata keçirilən sosial islahatların əsas istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 10 fevral 2023-cü il tarixli Sərəncamına əsasən, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin məbləği 14,7 faiz indeksləşdirilərək artırılıb. Bundan başqa, ölkə başçısı tərəfindən imzalanmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 8 fevral 2023-cü il tarixli Qanununa əsasən, minimum əmək pensiyasının məbləği 1 fevral 2023-cü il tarixindən 280 manata çatdırılması təsdiq edilmişdir.

    Muxtar respublika üzrə əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsindən və minimum məbləğinin artırılmasından irəli gələn vəzifələr Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra edilib. Qısa müddət ərzində fond tərəfindən pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi və minimum məbləğinin artırılması prosesləri başa çatdırılıb və hesablanmış artımlar pensiyaçıların ödəniş kartlarına köçürülüb. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi muxtar respublika üzrə 43 min 881 əmək pensiyaçısına şamil edilib. İndeksasiyanın həyata keçirilməsi məqsədilə fondun büdcəsindən hər ay 2 milyon 353 min 280 manat əlavə vəsait ayrılıb. Qanunvericilikdə edilmiş dəyişikliyə uyğun olaraq, qulluq stajına görə əlavə alan pensiyaçıların da pensiyaları cari ildən ilk dəfə olaraq indeksləşdirilərək artırılıb.

   Əmək pensiyalarında müvafiq artımların aparılması ilə yanaşı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muxtar respublikada fərdi uçot sistemində qeydiyyatda olan 186 min 596 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı məbləğləri indeksləşdirilməklə 13,9 faiz artırılıb.

   Qeyd edək ki, muxtar respublikada fevral ayı üçün ödənilən pensiyalar ayın 6-da başa çatdırılıb. Buna görə də, yanvar və fevral aylarının indeksasiya artımları və fevralın 1-dən minimum pensiyanın artım məbləği hesablanaraq fevralın 16-sı pensiyaçılara ödənilib.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

529965
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
45
145
1122
6166
529965

Tarix: 18-04-2024