Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

  • Nəşr edilib 09.03.2023 18:11
  • Baxış sayı: 205
  • 09 Mart

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrailin sabiq Baş naziri Ehud Olmerti qəbul edib.

   Görüşdə X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyi vurğulandı, bu Forumun getdikcə çox mühüm beynəlxalq platformaya çevrildiyi məmnunluqla qeyd edildi, burada çox sayda ölkədən nüfuzlu siyasətçilərin və digər qonaqların iştirakı bunun göstəricisi kimi qiymətləndirildi.

  Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunuldu, münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olundu. Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulandı.

   Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edildi.

 

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

521972
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
512
160
2599
10727
521972

Tarix: 28-03-2024