Muxtar respublikada ilk dəfə olaraq müavinətin təyin edilməsi və ödənilməsi proaktiv qaydada həyata keçiriləcək

  • Nəşr edilib 14.03.2023 09:22
  • Baxış sayı: 175
  • 14 Mart

   Ölkəmizdə sosial müdafiə sahəsində idarəçiliyin və əhaliyə xidmətlərin elektron infrastrukturunun qurulması, innovativ yenilik olaraq proaktiv xidmətlərin yaradılması və əhatəsinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq bu istiqamətdə vətəndaşlara göstərilən xidmətlərin müasir standartlara uyğun qurulması, əhaliyə ödənişlərin proaktiv qaydada həyata keçirilməsində Dövlət Sosial Müdafiə Fondu ilk sıralarda yer alır.

    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da muxtar respublikada sığorta-pensiya sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq işlər görür, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin mütəxəssisləri tərəfindən qurulan, ölkə üzrə Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində Pensiya təyinatı alt sisteminə yeni pensiya təyinatlarını daxil edir, pensiya məbləğləri elektron qaydada hesablanaraq vətəndaşlara ödənilir. Bu işlərin davamı olaraq DOST Rəqəmsal İnnovasiya Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna muxtar respublikada sığortaolunanlara ödənilən uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsinin proaktiv qaydada (vətəndaş müraciəti olmadan) həyata keçirilməsinə funksionallıq verilmişdir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən martın 1-dən həyata keçirilən proaktiv təyinat və ödəniş muxtar respublikada sosial sahədə bir ilkdir. Uşağın anadan olmasına görə birdəfəlik müavinət onu almağa hüququ yaranmış vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan, məmur-vətəndaş təması baş vermədən elektron qaydada təyin ediləcəkdir. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsinin və ödənilməsinin proaktiv qaydada həyata keçirilməsi sosial sahədə əhaliyə xidmətlərin keyfiyyətinin yüksəlməsinə, vətəndaş məmnunluğuna təminat yaradacaqdır. Proaktiv qaydada müavinətin ödənilməsi yalnız o şəxslərə şamil olunur ki, onların Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindəki fərdi hesablarında son 1 il ərzində məcburi dövlət sosial sığorta haqqı qeydə alınsın. Bu xidmət vasitəsilə müavinətin təyin edilməsi və ödənilməsi 1 fevral 2023-cü il tarixdən sonra doğulan uşaqların analarına və ya atalarına şamil ediləcəkdir. Uşağın doğum haqqında şəhadətnaməsi verildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Mərkəzi İnformasiya Sisteminə müvafiq məlumatlar ötürüləcək və buna uyğun olaraq Fond tərəfindən müavinətin ödənilməsi həyata keçiriləcəkdir. Təyinat aparıldıqdan sonra müavinətin ödənilməsi və hansı bankdan götürülməsi barədə məlumat ödəniş rəsmiləşdirilmiş şəxsin adına olan telefon nömrəsinə bildiriş göndəriləcəkdir (Vətəndaşın telefon nömrəsi avtomatik olaraq aid qurumların sistemlərindən götürüləcəkdir).

   Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərə uşağın anadan olmasına görə birdəfəlik müavinət verilir. İşləyən anaya müavinət onun iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları tərəfindən ödənilir. Ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa, bu zaman müavinət işləyən ataya verilir. İki və daha çox uşaq anadan olduqda birdəfəlik müavinət uşaqların sayına uyğun olaraq verilir. 2023-cü il yanvarın 1-dən uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği hər uşağa görə 500 manat məbləğində müəyyən olunmuşdur.

   Qeyd edək ki, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin mütəxəssisləri Fond tərəfindən ödənilən digər məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin - əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağa qulluğa görə və dəfn üçün müavinətlərin də elektron qaydada həyata keçirilməsi üçün müvafiq seminarlar keçirir. Yaxın aylarda da Fond tərəfindən ödənilən bütün növ müavinətlər sığortaedənlərin elektron qaydada təqdim etdiyi sənədlər əsasında ödəniləcəkdir. Bu da muxtar respublikada sığortaolunan, sığortaedən və sığortaçı ilə fiziki təması məhdudlaşdıracaq, elektron və proaktiv təyinat prosesinə keçidi təmin edəcəkdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

521939
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
479
160
2566
10694
521939

Tarix: 28-03-2024