Naxçıvanda 2700 aztəminatlı ailəyə sovqatlar təqdim olunub

  • Nəşr edilib 08.05.2023 14:46
  • Baxış sayı: 357
  • 08 May
   Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə davamlı sosial layihələr icra olunur. Əlamətdar günlərdə və bayramlarda mütəmadi olaraq aztəminatlı ailələrə sovqatların çatdırılması da belə sosial layihələrin mühüm tərkib hissəsidir.
   Bu tədbirlərin davamı olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə digər bölgələrlə yanaşı, Naxçıvanda da aztəminatlı ailələrə sovqatlar təqdim olunub.
   Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid və qazi ailələri, ünvanlı dövlət sosial yardımı alan ailələr üçün gətirilmiş sovqatlar müxtəlif zəruri ərzaq məhsullarından ibarətdir. Ümumilikdə, müvafiq kateqoriyalardan olan 2700 ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub.
   Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev bildirib ki, budəfəki yardım kampaniyası ulu öndərin 100 illik yubileyinə həsr olunur. 2022-ci ildən bu yana Naxçıvanda müvafiq kateqoriyadan olan 7000-dən artıq şəxsə yardım göstərilib. Qeyd edib ki, bundan sonra da bayramlarda ölkəmizin bütün bölgələri ilə yanaşı, Naxçıvandakı müvafiq kateqoriyadan olan ailələrə də yardımların göstərilməsi davam etdiriləcək.
   Sovqat daşıyan avtomobillər təyinatı üzrə ünvanlara yola salınıb.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

530769
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
132
235
1926
6970
530769

Tarix: 20-04-2024