Əmək pensiyaları və məcburi dövlət sosial sığortası üzrə müavinətlər poçt şöbələri vasitəsilə ödənilir.

Sığorta-pensiya sistemində həyata keçirilən islahatlardan biri kimi pensiyaların ödənilməsinin qabaqcıl forma və metodlarının tədbiqi mühüm əhəmiyyət daşıyır. Belə metodlardan biri də pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların poçt şöbələri vasitəsilə ödənilməsidir. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən kənd yerlərində pensiyaçılara pensiya ödənişinin rahat şəkildə çatdırılmasını təmin etmək üçün poçt şöbələrinin imkanlarından geniş istifadə olunması ilə bağlı tapşırıqlar vermişdir. Bu tapşırıqların icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri arasında müqavilələr imzalanmışdır. Belə ki, pensiyaçıların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli filialları arasında müqavilələr imzalanmışdır. Nəticədə muxtar respublikanın kəndlərində yaşayan pensiyaçılar pensiyalarını yerlərdəki poçt bölmələrindən asanlıqla ala bilirlər.

Kənd yerlərində yaşayan pensiyaçılar  bundan sonra da istədikləri halda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinə və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələrinə ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər.

Vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsinin bariz nümunəsi kimi məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin poçt şöbələrində ödənilməsini göstərmək olar. Bununla da vətəndaşlar məcburi dövlət sosial sığorta haqları hesabına müavinətərini asanlıqla poçt şöbələrindən əldə edə bilərlər.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

012080
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
69
72
141
2640
12080

Tarix: 26-05-2020