Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin:
-Dövlət Məşğulluq Xidməti;
-Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti publik hüquqi şəxs statuslu Agentliyə çevrilsin.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə çevrilsin.
3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
4.1. bu Fərmanla yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 7 yanvar 2020-ci il

 

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

037508
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
70
108
712
3160
37508

Tarix: 29-11-2020