“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

həmin Qanunun 23-cü maddəsinin ikinci  hissəsində nəzərdə tutulmuş özəl sosial sığorta təşkilatlarının fəaliyyəti üçün lisenziyanı verən müvafiq icra hakimiyyəti orqanı barədə təklifini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində və 24-cü maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;[1]

2.1-1. həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 13.3-cü maddəsində (ikinci halda), 13.4-cü maddəsində (birinci halda) və 28-ci maddəsinin birinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; [2]

2.1-2. həmin Qanunun 19.1-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.1-3. həmin Qanunun 13.3-cü maddəsində (ikinci halda) və 18-ci maddəsinin birinci hissəsinin beşinci və altıncı abzaslarında “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;[3]

2.1-4. həmin Qanunun 19.1-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;[4]

2.2. həmin Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;[5]

2.2-1. həmin Qanunun 9-1.2-ci, 14.7-ci maddələrində və 15-ci maddəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;[6]

2.3. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və yeddinci abzaslarında, 10-cu maddəsinin ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü (ikinci halda) maddələrində, 18-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;[7]

2.4. həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü, ikinci hissəsinin beşinci və yeddinci abzaslarında, 9-1.2-ci maddəsində, 10-cu maddəsinin ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü abzaslarında, 12-ci (hər iki halda) və 13.1-ci maddələrində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda), 13.4-cü (hər iki halda), 14.7-ci maddələrində, 15-ci maddəsinin üçüncü və iyirmi ikinci abzaslarında, 18-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində, 19.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 20-ci maddəsinin ikinci hissəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 28-ci maddəsinin birinci hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;[8]

2.4-1. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [9]

2.4-2. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində hər iki halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.4-3. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində “orqanın maddi-texniki bazası” dedikdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazaları nəzərdə tutulur; [10]

2.4-4. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində “orqanın işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri və vergi orqanlarının işçiləri nəzərdə tutulur;

2.5. həmin Qanunun 12-ci maddəsində “sənaye parkı” dedikdə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkı, “müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti” dedikdə, gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti nəzərdə tutulur;[11]

2.6. həmin Qanunun 15-ci maddəsinin iyirmi ikinci abzasında “qurum” dedikdə Mənəvi Dəyərlərin Təbliği Fondu nəzərdə tutulur;[12]

2.7. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 43 faizi və sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 23 faizi aşağıdakı kimi bölüşdürülür: [13]

2.7.1. 43 faiz üzrə:

1. 21,5 faiz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

2. 21,5 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

2.7.2. 23 faiz üzrə:

1. 11,5 faiz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

2. 11,5 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür.

həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin səkkizinci abzasında nəzərdə tutulmuş Azərbaycan Respublikası üzrə “ötən rübün orta aylıq əmək haqqının” məbləği rübdə bir dəfə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən elan edilir.[14]

3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, bir ay müddətində: [15]

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;[16]

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq edilməüçün Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 7 aprel 1997-ci il

                 № 568

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 iyul 2006-cı il tarixli 423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 587)

2.       14 dekabr 2007-ci il tarixli 676 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1226)

3.       31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630)

4.       1 iyun 2016-cı il tarixli 925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1021)

5.       6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1464)

6.       21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578)

7.       3 iyul 2019-cu il tarixli 772 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1220)

8.       22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562)

9.       2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 688)

10.    10 avqust 2020-ci il tarixli 1125 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1028)

11.    30 dekabr 2020-ci il tarixli 1235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 dekabr 2007-ci il tarixli 676 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1226) ilə 2-ci bəndinin ikinci abzasında “13-cü maddəsinin ikinci hissəsində” sözləri “13-cü maddəsinin ikinci və üçüncü hissələrində” sözləri ilə əvəz edilmişdir.

31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630) ilə 2-ci bəndinin ikinci abzasında “13-cü maddəsinin ikinci və üçüncü hissələrində” sözləri “13-cü maddəsinin ikinci və dördüncü hissələrində” sözləri ilə əvəz edilmişdir.

 

6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1464) ilə 2.1-ci bənddə “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci və dördüncü hissələrində, 18-ci maddəsində, 20-ci maddəsinin ikinci hissəsində, 21-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində, 24-cü maddəsində və 28-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan RespublikasınıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

 

[2] 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578ilə yeni məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilmişdir.

2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 688) ilə 2.1-1-ci bənddə “və 28-ci” sözləri “, 13.4-cü maddəsində (birinci halda) və 28-ci” sözləri ilə əvəz edilmişdir.

30 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1) ilə 2.1-1-ci bənddən “13.3-cü maddəsində (ikinci halda),” sözləri çıxarılmışdır.

 

[3] 3 iyul 2019-cu il tarixli 772 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1220) ilə yeni məzmunda 2.1-3-cü bənd əlavə edilmişdir.

10 avqust 2020-ci il tarixli 1125 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1028ilə 2.1-3-cü bənddə “1-ci hissəsinin on birinci abzasında” sözləri “birinci hissəsinin beşinci və altıncı abzaslarında” sözləri ilə əvəz edilmişdir.

30 dekabr 2020-ci il tarixli 1235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1) ilə 2.1-3-cü bəndə “Qanunun” sözündən sonra “13.3-cü maddəsində (ikinci halda) və” sözləri əlavə edilmişdir.

 

[4] 30 dekabr 2020-ci il tarixli 1235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1) ilə yeni məzmunda 2.1-4-cü bənd əlavə edilmişdir.

 

[5] 3 iyul 2006-cı il tarixli 423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 587) ilə 2-ci bəndin üçüncü abzasında “15-ci, 16-cı və 27-ci maddələrində” sözləri “27-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.

 

[6] 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578ilə yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.

 

2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 688) ilə 2.2-1-ci bənddə “və 14.7-ci maddələrində “orqan” dedikdə” sözləri “, 14.7-ci maddələrində və 15-ci maddəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə” sözləri ilə əvəz edilmişdir.

 

[7] 31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630) ilə 2-ci bəndin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və dördüncü abzas əlavə edilmişdir.

21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578ilə 2.3-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.3. həmin Qanunun 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104) ilə 2.3-cü bəndin “və altıncı” sözləri “və yeddinci” sözləri ilə əvəz edilmişdir, “13.4-cü” sözlərindən sonra “(ikinci halda)” sözləri əlavə edilmişdir və “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

10 avqust 2020-ci il tarixli 1125 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1028ilə 2.3-cü bənddə “dördüncü (hər iki halda) və beşinci” sözləri “ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü” sözləri ilə, “altıncı” sözü “dördüncü” sözü ilə əvəz edilmişdir.

30 dekabr 2020-ci il tarixli 1235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1) ilə 2.3-cü bənddən “(birinci halda)” sözləri çıxarılmışdır.

 

[8] 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578ilə 2.4-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.4. həmin Qanunun 12-ci maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

10 avqust 2020-ci il tarixli 1125 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1028ilə 2.4-cü bənddə “dördüncü (hər iki halda) və beşinci” sözləri “ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü” sözləri ilə, “iyirmi üçüncü abzaslarında, 18-ci maddəsinin birinci hissəsinin altıncı” sözləri “iyirmi ikinci abzaslarında, 18-ci maddəsinin birinci hissəsinin dördüncü” sözləri ilə əvəz edilmişdir.

2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104) ilə 2.4-cü bənddə “və altıncı” sözləri “və yeddinci” sözləri ilə əvəz edilmişdir, “13.4-cü” sözlərindən sonra “(hər iki halda)” sözləri əlavə edilmişdir və “iyirmi üçüncü abzasında” sözləri “üçüncü və iyirmi üçüncü abzaslarında” sözləri ilə əvəz edilmişdir.

30 dekabr 2020-ci il tarixli 1235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1) ilə 2.4-cü bənddə “13.3-cü (hər iki halda)” sözləri “13.3-cü (birinci halda)” sözləri ilə, “19.1-ci maddəsində” sözləri “19.1-ci maddəsinin birinci və üçüncü cümlələrində” sözləri ilə əvəz edilmişdir.

 

[9] 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294) ilə yeni məzmunda 2.4-1– 2.4-4-cü bəndlər əlavə edilmişdir.

22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562ilə 2.4-1-ci və 2.4-2-ci bəndlər yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.4-1. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə və vergi orqanlarının işçilərinə münasibətdə) nəzərdə tutulur;

2.4-2. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

 

[10] 22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562ilə 2.4-3-cü və 2.4-4-cü bəndlər ləğv edilmişdir.

 

[11] 1 iyun 2016-cı il tarixli 925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1021ilə 2-ci hissənin ikinci-dördüncü abzasları müvafiq olaraq 2.1-2.3-cü bəndlər hesab edilmişdir və 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.4-cü və 2.5-ci bəndlər əlavə edilmişdir.

 

[12] 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578ilə 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.6-cı bənd əlavə edilmişdir.

10 avqust 2020-ci il tarixli 1125 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1028ilə 2.6-cı bənddə “iyirmi üçüncü” sözləri “iyirmi ikinci” sözləri ilə əvəz edilmişdir.

 

[13] 22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562ilə 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.7-ci bənd əlavə edilmişdir.

 

[14] 3 iyul 2006-cı il tarixli 423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 587) ilə 2-ci bəndin dördüncü abzası çıxarılmışdır.

[15] 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578ilə 3-cü hissə ləğv edilmişdir.

 

[16] 14 dekabr 2007-ci il tarixli 676 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1226) ilə 3-cü bəndinin ikinci abzasında ”ikinci” sözü “üçüncü” sözü  ilə əvəz edilmişdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

522707
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
34
1213
3334
11462
522707

Tarix: 29-03-2024