“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə bağlı həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1.     qüvvədə olan qanunvericilik aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.     Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.     həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.     həmin Qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5.     həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6.     öz səlahiyyətləri daxilində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1.   “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.17-ci, 1.0.18-ci maddələrində, 26.3-cü maddəsinin ikinci cümləsində, 29.1-ci maddəsində (ikinci halda), 29.1-1-ci maddəsində (ikinci halda) və 45-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

2.2.   həmin Qanunun 5.3-cü, 9.1-ci və 22.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [2]

2.3.   həmin Qanunun 1.0.2-ci, 11.1-ci, 18.6-cı, 21.2.2-ci, 21.2.4-cü, 23.1-ci, 25-ci, 28-ci, 29.1-ci (ikinci halda), 29.3-cü, 30.1-ci (birinci və ikinci cümlələrində), 30.1-1-ci, 31.1-ci, 31.1-1-ci, 31.2-ci və 32.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir; [3]

2.4.  həmin Qanunun 20.14.1-ci, 20.14.4-cü, 21.2.3-cü (birinci halda) və 24.0.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir; [4]

2.5.  həmin Qanunun 21.2.3-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirirlər; [5]

2.6.  həmin Qanunun 29.1-ci maddəsində (birinci halda) və 29.1-1-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir; [6]

2.7.  həmin Qanunun 11.1-ci, 32.2-ci və 41.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir; [7]

2.8.  həmin Qanunun 44-cü maddəsində (hər iki halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir; [8]

2.9.  həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır;

2.10.  həmin Qanunun 10.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 1 yanvar 2006-cı il tarixindən 25 manat təşkil edir;

2.11.     həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. [9]

3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki:

3.1. sosial pensiyaların və sosial pensiyaçılara, həmçinin pensiyaçı olmayan şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərin əvəzində ödənilən aylıq müavinətlərin sosial müavinətlər ilə əvəz olunaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilməsi məqsədilə sosial pensiyaçılar və pensiyaçı olmayan şəxslər üzrə pensiya və müavinət işlərinin müvafiq qaydada həmin nazirliyin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə təhvil verilməsini bir ay müddətində təmin etsin;

3.2. işləməyən və işləyən əmək pensiyaçılarının hər biri üçün onların mövcud pensiya müavinət məbləğlərinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun şərti çevrilməsini aparmaqla, bu əsasda yeni sənədləşmənin tərtibini, əvvəlki pensiya işlərinin isə mərkəzləşdirilmiş qaydada arxivləşdirilərək elektron uçotunun qurulmasını 2006-cı ilin sonunadək başa çatdırsın və bu sahədə görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2006-cı il

                   № 377

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 noyabr 2009-cu il tarixli 180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 noyabr 2009-cu il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 883)

2.       6 iyun 2013-cü il tarixli 903 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 iyun 2013-cü il, № 123; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 631)

3.       6 sentyabr 2016-cı il tarixli 1030 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1467)

4.       1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 756)

5.       9 fevral 2018-ci il tarixli 1821 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2018-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 185)

6.       21 dekabr 2018-ci il tarixli 423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2580)

7.       20 fevral 2019-cu il tarixli 532 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 231)

8.       22 aprel 2019-cu il tarixli 655 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 aprel 2019-cu il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 653)

9.       3 iyul 2019-cu il tarixli 772 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1220)

10.    14 avqust 2019-cu il tarixli 807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 avqust 2019-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1390)

11.    23 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 iyul 2021-ci il, № 152)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 756) ilə 2.1-сi bənddə “1.0.5-ci, 1.0.6-cı, 10.1-ci, 29.4-cü və 45-ci maddələrində” sözləri “1.0.17-ci, 1.0.18-ci maddələrində, 26.3-cü maddəsinin ikinci cümləsində və 45-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

9 fevral 2018-ci il tarixli 1821 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2018-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 185) ilə 2.1-ci bəndə “26.3-cü maddəsinin ikinci cümləsində” sözlərindən sonra “, 29.1-ci maddəsində (ikinci halda)” sözləri əlavə edilmişdir.

14 avqust 2019-cu il tarixli 807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 avqust 2019-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1390) ilə 2.1-ci bəndə “29.1-ci maddəsində (ikinci halda)” sözlərindən sonra “, 29.1-1-ci maddəsində (ikinci halda)” sözləri əlavə edilmişdir.

 

[2] 21 dekabr 2018-ci il tarixli 423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2580) ilə 2.2-ci bəndə “9.1-ci” sözlərindən əvvəl “5.3-cü,” sözləri əlavə edilmişdir.

 

[3] 10 noyabr 2009-cu il tarixli 180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 noyabr 2009-cu il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 883) ilə 2.3-cü bəndindən “27.2-ci,” sözləri çıxarılmışdır.

6 iyun 2013-cü il tarixli 903 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 iyun 2013-cü il, № 123; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 631) ilə 2.3-cü bəndində “və 30.1-ci” sözləri “, 30.1-ci (birinci və ikinci cümlələrdə), 31.2-ci” sözləri ilə əvəz edilmişdir.

6 sentyabr 2016-cı il tarixli 1030 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1467) ilə 2.3-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.3. həmin Qanunun 1.0.2-ci, 1.0.4-cü, 18.6-cı, 21.2.2-ci, 21.2.4-cü, 23.1- ci, 25-ci, 27.2-ci, 28-ci, 30.1-ci (birinci və ikinci cümlələrdə), 31.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu  həyata keçirir;

1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 756) ilə 2.3-cü bəndə “28-ci,” sözlərindən sonra “29.1-ci (ikinci halda), 29.3-cü,” sözləri əlavə edilmişdir.

9 fevral 2018-ci il tarixli 1821 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2018-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 185) ilə 2.3-cü bənddən “29.1-ci (ikinci halda),” sözləri çıxarılmışdır.

21 dekabr 2018-ci il tarixli 423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2580) ilə 2.3-cü bəndə “31.2-ci” sözlərindən əvvəl “31.1-ci,” sözləri əlavə edilmişdir.

22 aprel 2019-cu il tarixli 655 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 aprel 2019-cu il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 653) ilə 2.3-cü bənddən “28-ci,” sözləri çıxarılmışdır.

3 iyul 2019-cu il tarixli 772 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1220) ilə 2.3-cü bəndə “30.1-ci (birinci və ikinci cümlələrində),” sözlərindən sonra “30.1-1-ci,” sözləri və “31.1-ci,” sözlərindən sonra “31.1-1-ci,” sözləri əlavə edilmişdir.

23 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 iyul 2021-ci il, № 152) ilə 2.3-cü bəndində “, 32.2-ci və 41.1-ci” sözləri “və 32.2-ci” sözləri ilə əvəz edilmişdir.

 

[4] 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 756) ilə 2.4-cü bəndə “Qanunun” sözündən sonra “20.14.1-ci, 20.14.4-cü,” sözləri əlavə edilmişdir.

 

[5] 20 fevral 2019-cu il tarixli 532 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 231) ilə 2.5-ci bənddən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndə “Ədliyyə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilmişdir.

 

[6] 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 756) ilə 2.6-cı bənddə “və 29.2-ci maddələrində” sözləri “maddəsində (birinci halda)” sözləri ilə əvəz edilmişdir.

14 avqust 2019-cu il tarixli 807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 avqust 2019-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1390) ilə 2.6-cı bəndə “29.1-ci maddəsində (birinci halda)” sözlərindən sonra “və 29.1-1-ci maddəsində (birinci halda)” sözləri əlavə edilmişdir.

 

[7] 6 sentyabr 2016-cı il tarixli 1030 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1467) ilə 2.7-ci bənd ləğv edilmişdir.

 

[8] 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 756) ilə 2.8-ci, 2.9-cu, 2.10-cu bəndlər və 3-cü hissə ləğv edilmişdir.

 

[9] 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 756) ilə 2.11-ci bənddə “maddəsinə” sözü “maddəsinin birinci cümləsinə” sözləri ilə əvəz edilmişdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

522895
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
222
1213
3522
11650
522895

Tarix: 29-03-2024