Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanunu

Sosial sığorta haqqında[1]

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında sosial sığorta sahəsində münasibətləri tənzimləyir, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

 

I fəsil.

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Sosial sığorta anlayışı

 

Sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.[2]

 

Maddə 2. Sosial sığortanın formaları

 

Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur.

Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. [3]

 

Maddə 3. Sosial sığortanın prinsipləri

 

Sosial sığortanın prinsipləri aşağıdakılardır:

sosial sığortanın müntəzəmliyinə dövlət təminatı;

sosial sığortanın ümumiliyi;

sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi;

sosial sığorta subyektlərinin hüquq bərabərliyi;

dövlət sosial sığortasının məcburiliyi;

məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması.

 

Maddə 4. Sosial sığorta hadisəsi

 

Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.

Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir:

pensiya yaşına çatmaq;

əlilliyin müəyyən edilməsi;[4]

ailə başçısını itirmək;

əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);[5]

hamiləlik və doğum;

uşağın anadan olması;

uşağa qulluq;

ölüm;

sanatoriya-kurort müalicəsi zərurəti.

işsiz olmaq (qanunvericiliklə müəyyən olunmuş dövr üçün).[6]

Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə tətbiq edilir. [7]

 

Maddə 5. Sosial sığorta sənədləri

 

Sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən və sığorta ödəməsinin təyin edilməsinə əsas olan sənədlər qanunvericiliklə müəyyən edilir.

 

Maddə 6. Sosial sığorta üzrə ödəmələrin növləri

 

Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir:

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək (sosial sığorta) pensiyaları; [8]

könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr; [9]

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); [10]

hamiləliyə və doğuma görə müavinət;

uşağın anadan olmasına görə birdəfəlik müavinət;

qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;

dəfn üçün müavinət;

sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.

işsizlik müavinəti.[11]

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.[12]

Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan sığortaedənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrini (əmək pensiyaları istisna olmaqla) hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır. [13]

Müvafiq Dövlət Proqramına uyğun olaraq işsizlik müavinətləri məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilir. [14]

 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə sosial sığorta üzrə təminatın başqa növləri də müəyyən edilə bilər. [15]

 

Maddə 7. Sosial sığorta haqqında qanunvericilik

 

Sosial sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

Ələt azad iqtisadi zonasında sosial sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[16]

 

II fəsil.

SOSİAL SIĞORTANIN İŞTİRAKÇILARI. ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

Maddə 8. Sosial sığortanın iştirakçıları

 

Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır.

Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. [17]

Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir.[18]

sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir.

sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.[19]

 

Maddə 9. Sığortaçının hüquq və vəzifələri

 

Sığortaçının hüquqları aşağıdakılardır:

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq;[20]

sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq;

sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;[21]

könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək;

qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir:

özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək;

sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;

könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək;

məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq; [22]

məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq;[23]

məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq;

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət[24]

 

9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri

 

Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər:

sosial sığortanın bütün formalarında iştirak etmək;

könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək;

sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək.

Sığortaedənlərin vəzifələri aşağıdakılardır:

məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla);[25]

müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək;

sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyənləşdirilmiş qaydada sığorta olunanlara vermək;

bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək; [26]

hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək;

bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək; [27]

bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək;

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri

 

Sığortaolunanların hüquqları aşağıdakılardır:

onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək;

könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək;

sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək;

sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq.[28]

Sığortaolunanların vəzifələri aşağıdakılardır:

məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmaq; [29]

sosial sığorta haqqını vaxtında ödəmək;

sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək.

 

III fəsil.

MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTASI

 

Maddə 12. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər[30]

 

Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; Azərbaycan Respublikasında fəaliyyət göstərən və ya xarici ölkədə Azərbaycan Respublikasına məxsus bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; dövlətlərarası sazişlərə uyğun olaraq əcnəbilər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.[31]

 

[32] Maddə 13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu[33]

 

13.1. Sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. [34]

13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir.

13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. [35]

 

Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı

 

14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir.

14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;

14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

14.4. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

 

Sığorta haqqına cəlb edilən aylıq gəlir

sosial sığorta haqqı dərəcəsi

cəmi

sığortaolunanın gəlirlərindən tutulan

sığortaedənin vəsaiti hesabına ödənilən

200 manatadək

25 faiz

3 faiz

22 faiz

200 manatdan çox olduqda

25 faiz

6 manat + 200 manatdan çox olan hissənin 10 faizi

44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

 

14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

14.5.1. sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının: [36]

Bakı şəhərində 100 faizi;

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

digər şəhərlərdə 80 faizi;

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

kənd yerlərində 50 faizi miqdarında.

14.5.1-1. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün: [37]

14.5.1-1.1. toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

14.5.1-1.2. fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

14.5.1-1.3. çəkməçi, pinəçi – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

14.5.1-1.4. saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

14.5.1-1.5. fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

14.5.1-1.6. nəqqaşlıq emalatxanalarının fəaliyyəti – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

14.5.1-1.7. fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

14.5.1-1.8. fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

14.5.1-1.9. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

5 hektaradək olduqda – 2 faiz miqdarında;

5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;

10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında;

14.5.1-1.10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.

14.5.1-2. Bu Qanunun 14.5.1-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər (bu Qanunun 14.5.1-1.9-cu maddəsində göstərilənlər istisna olmaqla) üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:

Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

Digər şəhər və rayonlarda – 1,0.

14.5.2. mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;

14.5.3. xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında;

14.5.4. müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

14.5.5. vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında;[38]

14.5.6. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında. [39]

14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. [40]

14.6-1. Bu Qanunun 14.5.1-1.1 – 14.5.1-1.9-cu maddələrində göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən, bu Qanunun 14.5.1.1-10-cu maddəsində göstərilən fiziki şəxslər tərəfindən isə “Fərqlənmə nişanı” alınarkən ödənilir.[41]

14.7. Bu qanunun məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

 

Maddə 15. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri[42]

 

Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır:

iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;

faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi;[43]

müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər; [44]

əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;

istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;[45]

təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;

aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq;

məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri;

Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri; [46]

sığorta hadisəsi baş verdikdə, sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər;[47]

muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti (müəlliflik qonorarı istisna olmaqla), sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar); [48]

yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;

dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;

sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət;

dövlət orqanları tərəfindən köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya; [49]

yubiley tarixlərinə görə yubilyara ödənilən birdəfəlik xarakter daşıyan mükafatlar;[50]

rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı;[51]

fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (sığortaedənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına əcnəbilər üzrə formalaşan əmək haqqı fondu (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası müddətində); [52]

əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr;

ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar;[53]

«hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə verilən və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən təminat xərcliyinə (pul təminatına) daxil edilməyən ödənişlər; [54]

əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar; [55]

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənilən maddi yardım (dəstək); [56]

sığortaedənin işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlirləri, o cümlədən üçüncü tərəfə ödədiyi vəsait.[57]

 

Maddə 16. Məcburi dövlət sosial sığorta ödəmələrinin təyin edilməsinin şərtləri və qaydası

 

Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi iləmüəyyən edilir. [58]

 

Maddə 17. Məcburi dövlət Sosial sığorta ödəmələrinin verilməsi[59]

 

Bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan sosial sığorta ödəmələri sığortaolunanlara yalnız nağdsız qaydada bilavasitə sığortaçı tərəfindən, əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə isə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.[60]

 

Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə

 

Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: [61]

məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir;

bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir;

məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını müəyyən edir; [62]

qanunvericiliklə müəyyən olunmuş qaydada kameral və səyyar yoxlamalar aparır;[63]

sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir[64]

məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir;

məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır;

ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır;

Azərbaycan Respulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sığortaedən tərəfindən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilən işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortasına cəlb edir;[65]

sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir;[66]

qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir;[67]

Əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məşğul olur.

Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.[68]

Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddır.[69]

 

Maddə 19. Məcburi dövlət sosial sığortasının vəsaitləri

 

19.1. Məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. Dövlət sosial müdafiə fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. [70]

19.2. İlin sonuna məcburi dövlət sosial sığortasının vəsaitlərinin dövlət sosial müdafiə fondunda istifadə olunmamış qalığı növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir. [71]

 

Maddə 20. Məcburi dövlət sosial sığortası vəsaitlərinin mənbələri

 

Məcburi dövlət sosial sığortasının vəsaitləri aşağıdakı mənbələr hesabına yaradılır:

məcburi və könüllü (əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı;

dövlət büdcəsindən ayırmalar;

maliyyə sanksiyalarının və cərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər;

sanatoriya-kurort yollayışlarının satışından əldə edilmiş vəsaitlər;

bank kreditləri;

qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər.

Bu qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən və bu Qanunun 19.1-ci maddəsində nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 43 faizi və sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 23 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.[72]

 

Maddə 21. Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyaları[73]

 

Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdirlər:[74]

sığortaedənlərin (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığortası üzrə uçota durma qaydalarını pozmalarına görə, o cümlədən uçota durmadıqda həmin dövr ərzində hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə, — sosial sığorta haqqının 5 faizi məbləğində, hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, iyirmi iki manat miqdarında;[75]

sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərinin vaxtında təqdim edilməməsinə görə — hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində, hesabat dövrü üçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, qırx dörd manat miqdarında cərimə;[76]

sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə — azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə;[77]

sığortaedənlərin məcburi dövlət sosial sığorta vəsaitləri hesabına artıq sosial sığorta ödəməsi verilməsinə görə — artıq verilmiş məbləğ bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə;

sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarının başqa məqsədlər üçün istifadə edilməsinə görə — sərf olunmuş vəsaitlərin 50 faizi məbləğində cərimə;

mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin əməyin ödənilməsinin ölkə üzrə müəyyən edilmiş minimum məbləğindən az əmək haqqı ödənilməsinə görə — faktiki ödənilən əmək haqqı ilə minimum əmək haqqı arasındakı fərqin 50 faizi məbləğində cərimə;[78]

mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin işçilərinin sayının gizlədilməsinə görə (əmək müqaviləsi (kontraktı) olmadan işləyənlər olduqda və ya əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi halda hesabatdan gizlədildikdə) hər işçiyə görə - sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün əlli beş manat miqdarında cərimə;[79]

məcburi dövlət sosial sığorta haqları əmək haqqı ödənişləri ilə eyni vaxtda həyata keçirilmədiyi halda, habelə məcburi dövlət sosial sığorta haqqı üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə uyğun tutulmasına dair məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamlarını icra etmədiyinə görə, eləcə də hesablaşma və digar hesablar üzrə köçürmə əməliyyatlarının aparılması qanunvericiliyə uyğun olaraq dayandırıldığı müddətdə köçürmə əməliyyatı apardığına görə — kredit təşkilatlarına ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin 10 faizi miqdarında bank və ya digər kredit təşkilatlarına cərimə;[80]

bu Qanunun 14-cü maddəsi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsinə dair bildirişdə göstərilən müddət bitdiyi tarixdən sığortaedən tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda—aparılmış məxaric əməliyyatlarının 10 faizi miqdarında;[81]

məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat olmadan sığortaedənlərə (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) hesablaşma hesabı və ya digər hesablar açdığına görə—hər açılmış hesab üçün bank və ya digər kredit təşkilatlarına dörd yüz qırx manat məbləğində;[82]

sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə—gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya.[83]

Yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş məcburi dövlət sosial sığorta haqqına penya həmin məbləğin sığortaedənə hesablandığı gündən tətbiq edilir.[84]

Maliyyə sanksiyaları üzrə borclar bu Qanunun 14-cü maddəsinə uyğun olaraq tutulur.[85]

Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta qaydalarının bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir.[86]

 

IV fəsil.

 

KÖNÜLLÜ (ƏLAVƏ) SOSİAL SIĞORTA

 

Maddə 22. Könüllü (əlavə) sosial sığorta hüququ

 

Azərbaycan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər, bütün idarə, müəssisə və təşkilatlar könüllü (əlavə) sosial sığorta hüququna malikdirlər.

 

Maddə 23. Sığortaçılar

 

Könüllü (əlavə) sosial sığorta məcburi dövlət sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, habelə xüsusi olaraq bu məqsəd üçün yaradılmış özəl sığorta təşkilatları tərəfindən həyata keçirilir.

Özəl sosial sığorta təşkilatları hüquqi şəxslər üçün qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməli və fəaliyyətləri üçün lisenziya almalıdırlar.

Lisenziya verən müvafiq icra hakimiyyəti orqanı özəl sosial sığorta təşkilatlarının müntəzəm ödəmə qabiliyyətinə malik olmalarına nəzarət edir.

 

Maddə 24. Könüllü (əlavə) sosial sığorta üzrə ödəmələrin növləri

 

Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı könüllü (əlavə) sosial sığortanı bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş bütün ödəmələr üzrə, özəl sosial sığorta təşkilatları isə dövlət pensiyalarından başqa bütün digər ödəmələr üzrə həyata keçirə bilər.

 

Maddə 25. Özəl sosial sığorta təşkilatlarının sığorta fondu

 

Özəl sosial sığorta təşkilatlarının sığorta fondu təsisçilərin verdiyi vəsaitlər, sosial sığorta müqavilələri üzrə daxil olan sığorta haqları, kommersiya fəaliyyətindən əldə edilmiş gəlirlər, qanunvericiliyə uyğun olaraq daxil olmuş digər vəsaitlər hesabına yaradılır.

Sosial sığorta təşkilatı sığorta fondunun vəsaitləri üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

 

Maddə 26. Könüllü (əlavə) sosial sığorta müqaviləsi

 

Könüllü (əlavə) sosial sığorta sığortaçı ilə sığortaedən (olunan) arasında bağlanan sosial sığorta müqaviləsi əsasında həyata keçirilir. Sosial sığorta müqaviləsində tərəflərin hüquq və vəzifələri, sosial sığorta haqqının və sosial sığorta ödəmələrinin məbləği, sığorta hadisəsi, tərəflərin məsuliyyəti, habelə tərəflərin razılığı ilə digər şərtlər göstərilir.

 

Maddə 27. Sosial sığorta şəhadətnaməsi (polisi)

 

Sığortaçı sığortaedənə (olunana) sosial sığorta şəhadətnaməsi (polisi) verir. Sosial sığorta şəhadətnaməsinin (polisin) forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

V fəsil.

YEKUN MÜDDƏALAR

 

Maddə 28. Sığortaçıların bank müəssisələri ilə münasibətləri

 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sosial sığorta ödəmələrinin verilməsi ilə əlaqədar aparılan əməliyyatlara görə bank müəssisələrinə xidmət haqqı ödənilməsi onların arasında bağlanan müqavilə ilə tənzimlənir. [87]

Bütün bank müəssisələri sığortaçı təşkilatların tələbi ilə onların fəaliyyəti üçün zəruri olan məlumatları 10 gündən gec olmayaraq təqdim etməyə borcludurlar.

 

Maddə 29. Mübahisələrə baxılması

 

Sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. [88]

 

Maddə 30. Bu Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun normalarının pozulmasına görə təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 31. Beynəlxalq müqavilələr

 

Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 18 fevral 1997-ci il

№ 250-IQ

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 oktyabr 1999-cu il tarixli 719-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 609)

2.       24 oktyabr 2000-ci il tarixli 936-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №11, maddə 776)

3.       22 iyun 2001-ci il tarixli 157-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 576)

4.       16 noyabr 2001-ci il tarixli 216-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 733)

5.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

6.       22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №12, maddə 706)

7.       30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)

8.       29 oktyabr 2004-cü il tarixli 784-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 976)

9.       3 dekabr 2004-cü il tarixli 794-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 2)

10.    21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082)

11.    10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923)

12.    28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018)

13.    29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4)

14.    6 noyabr 2007-ci il tarixli 473-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1193)

15.    1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)

16.    1 aprel 2008-ci il tarixli 582-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 254)

17.    2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)

18.    13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

19.    4 dekabr 2009-cu il tarixli 928-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 dekabr 2009-cu il, № 285)

20.    5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)

21.    22 oktyabr 2010-cu il tarixli 1097-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2010-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 949)

22.    30 sentyabr 2011-ci il tarixli 208-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 oktyabr 2011-ci il, № 239; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 883)

23.    22 oktyabr 2013-cü il tarixli 768-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 noyabr 2013-cü il, № 264; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1284)

24.    22 noyabr 2013-cü il tarixli 828-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 dekabr 2013-cü il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1487)

25.    17 oktyabr 2014-cü il tarixli 1075-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2014-cü il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1171)

26.    15 aprel 2016-cı il tarixli 205-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 aprel 2016-cı il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 657)

27.    6 may 2016-cı il tarixli 224-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 971)

28.    1 fevral 2017-ci il tarixli 514-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 mart 2017-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 336)

29.    13 iyun 2017-ci il tarixli 720-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1279)

30.    1 fevral 2018-ci il tarixli 976-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 mart 2018-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 369)

31.    6 mart 2018-ci il tarixli 1029-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2018-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 396)

32.    24 aprel 2018-ci il tarixli 1083-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 may 2018-ci il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 870)

33.    4 may 2018-ci il tarixli 1141-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 894)

34.     30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502)

35.    28 dekabr 2018-ci il tarixli 1418-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 35)

36.    1 fevral 2019-cu il tarixli 1482-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 380)

37.    1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 521)

38.    8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667)

39.    19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826)

40.    30 iyun 2020-ci il tarixli 154-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1015)

41.    29 dekabr 2020-ci il tarixli 239-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 


[1] 1 aprel 2008-ci il tarixli 582-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 254) ilə mətn üzrə ismin müvafiq hallarında “işəgötürən” və “sığorta olunan” sözləri müvafiq olaraq ismin müvafiq hallarında “sığortaedən” və “sığortaolunan” sözləri ilə əvəz edilmişdir.

 

[2] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 1-ci maddədə "vətəndaşların" sözü "fiziki şəxslərin" sözləri ilə əvəz edilmişdir.

 

[3] 16 noyabr 2001-ci il tarixli 216-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 733) ilə 2-ci maddənin mətnində "fərdi əmək müqaviləsi" sözü "əmək müqaviləsi" sözü ilə əvəz edilmişdir.

 

[4] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 4-cü maddənin ikinci hissəsinin üçüncü abzasında “əlil” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilmişdir.

30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502ilə 4-cü maddənin ikinci hissəsinin üçüncü abzasında "məhdudluğunun” sözü "məhdud olan şəxs” sözləri ilə əvəz edilmişdir.

19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826ilə 4-cü maddənin ikinci hissəsinin üçüncü abzasında “əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud olan şəxs olmaq” sözləri “əlilliyin müəyyən edilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[5] 3 dekabr 2004-cü il tarixli 794-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 2) ilə 4-cü maddənin ikinci hissəsinin beşinci abzasının sonuna "(qanunvericiliklə müəyyən olunmuş dövr üçün)" sözləri əlavə edilmişdir.

 

[6] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 4-cü maddənin ikinci hissəsinə on birinci abzas əlavə edilmişdir.

24 aprel 2018-ci il tarixli 1083-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 may 2018-ci il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 870) ilə 4-cü maddənin ikinci hissəsinin onuncu abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və on birinci abzası ləğv edilmişdir.

 

[7] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502ilə 4-cü maddənin üçüncü hissədə "aparılır” sözü "tətbiq edilir” sözləri ilə əvəz edilmişdir.

 

[8] 16 noyabr 2001-ci il tarixli 216-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 733) ilə 6-cı maddənin birinci hissəsinin ikinci abzasında "dövlət" sözü "əmək (sosial sığorta)" sözləri ilə əvəz edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 6-cı maddənin birinci hissəsinin ikinci abzasında "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq" sözləri "Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən" sözləri ilə əvəz edilmiş, "(sosial sığorta)" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək (sosial sığorta) pensiyaları;

 

[9] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 6-cı maddənin birinci hissəsinin üçüncü abzasında "dövlət" sözü "əmək" sözü ilə əvəz edilmişdir.

 

[10] 3 dekabr 2004-cü il tarixli 794-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 2) ilə 6-cı maddənin birinci hissəsinin dördüncü abzasının sonuna "(qanunvericiliklə müəyyən olunmuş dövr üçün)" sözləri əlavə edilmişdir.

 

[11] 30 sentyabr 2011-ci il tarixli 208-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 oktyabr 2011-ci il, № 239; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 883) ilə 6-cı maddəsinin birinci hissənin doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və hissəyə yeni məzmunda onuncu abzas əlavə edilmişdir.

24 aprel 2018-ci il tarixli 1083-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 may 2018-ci il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 870) ilə 6-cı maddənin birinci hissəsinin doqquzuncu abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və onuncu abzası ləğv edilmişdir.

 

[12] 16 noyabr 2001-ci il tarixli 216-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 733) ilə 6-cı maddəyə ikinci hissə əlavə edilmişdir.

 

6 mart 2018-ci il tarixli 1029-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2018-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 396) ilə 6-cı maddənin ikinci hissəsinin ikinci cümləsində “yaşa görə əmək pensiyasının baza hissəsinin” sözləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin” sözləri ilə əvəz edilmişdir.

 

[13] 28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) ilə 6-cı maddənin birinci hissəsindən sonra yeni hissələr əlavə edilmişdir.

 

[14] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 6-cı maddənin dördüncü hissəsində “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.

22 oktyabr 2010-cu il tarixli 1097-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2010-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 949) ilə 6-cı maddəsinin dördüncü hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Müvafiq dövlət proqramlarına uyğun olaraq əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlər məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilir.

 

30 sentyabr 2011-ci il tarixli 208-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 oktyabr 2011-ci il, № 239; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 883) ilə 6-cı maddəsinin dördüncü hissə çıxarılmışdır.

 

[15] 28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) ilə 6-cı maddənin sonuncu hissəsi çıxarılmışdır.

 

[16] 28 dekabr 2018-ci il tarixli 1418-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 35) ilə 7-ci maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[17] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502ilə 8-ci maddənin ikinci hissəsinə "fəaliyyəti” sözündən sonra "(məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla)” sözləri və "idarə edən” sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və” sözləri əlavə edilmişdir.

 

[18] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 8-ci maddənin üçüncü hissəsində "habelə" sözündən sonra "özünü və ya" sözləri əlavə edilmişdir.

 

28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) ilə 8-ci maddənin üçüncü hissəsində «bütün işəgötürənlər»sözləri «mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar,» sözləri ilə əvəz edilmişdir.

 

30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502ilə 8-ci maddənin üçüncü hissəsinə "seçkili orqanlar” sözlərindən sonra ", dövlət orqanları” sözləri əlavə edilmişdir.

 

[19] 16 noyabr 2001-ci il tarixli 216-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 733) ilə 8-ci maddəyə beşinci abzas əlavə edilmişdir.

 

[20] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502ilə 9-cu maddənin birinci hissənin ikinci abzası yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək;

 

[21] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502ilə 9-cu maddənin birinci hissənin dördüncü abzası yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək;

 

[22] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 9-cu maddənin ikinci hissəsinə yeni məzmunda beşinci və altıncı abzaslar əlavə edilmişdir.

 

8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə 9-cu maddənin ikinci hissəsinin beşinci abzasından “və sığortaolunanların” sözləri çıxarılmışdır.

 

[23] 8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə 9-cu maddənin ikinci hissəsinin altıncı və yeddinci abzaslar müvafiq olaraq yeddinci və səkkizinci abzaslar hesab edilmişdir və yeni məzmunda altıncı abzas əlavə edilmişdir.

 

[24] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə yeni məzmunda 9-1-ci maddə əlavə edilmişdir.

 

[25] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 10-cu maddənin ikinci hissəsinin ikinci abzasında "uçota durmaq" sözlərindən sonra "(kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla)" sözləri əlavə edilmişdir.

1 fevral 2017-ci il tarixli 514-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 mart 2017-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 336ilə 10-cu maddənin ikinci hissəsinin birinci bəndinə, 13-cü maddənin ikinci hissəsinə, 21-ci maddənin birinci hissəsinin birinci və doqquzuncu bəndinə “şəxsləri,” sözündən sonra “publik hüquqi şəxslər,” sözləri əlavə edilmişdir.

 

30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502ilə 10-cu maddənin ikinci hissəsinin ikinci abzası ləğv edilmişdir.

 

[26] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 10-cu maddənin ikinci hissəsinin dördüncü abzası çıxarılmış, əvvəlki beşinci abzası dördüncü abzas hesab edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 10-cu maddənin ikinci hissəsinin dördüncü abzasında "vəsaitlərinin hərəkətinin" sözləri "haqlarının" sözü ilə əvəz edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 10-cu maddənin ikinci hissəsinə beşinci abzas əlavə edilmişdir.

 

30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502ilə 10-cu maddənin ikinci hissəsinin dördüncü və beşinci abzasları yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək;

hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək;

 

8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə 10-cu maddənin ikinci hissəsinin üçüncü abzasa “sosial” sözündən əvvəl “bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla,” sözləri əlavə edilmişdir.

 

[27] 8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə 10-cu maddənin ikinci hissəsinin beşinci abzas yeddinci abzas hesab edilmişdir və yeni məzmunda beşinci və altıncı abzaslar əlavə edilmişdir.

 

[28] 16 noyabr 2001-ci il tarixli 216-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 733) ilə 11-ci maddənin birinci hissəsinə beşinci abzas əlavə edilmişdir.

 

[29] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 11-ci maddənin ikinci hissəsinin ikinci abzası ləğv edilmişdir.

 

[30] 28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) ilə 12-ci maddədə «Azərbaycan Respublikasında fəaliyyət göstərən və ya xarici ölkədə Azərbaycan Respublikasına məxsus bütün idarə, müəssisə və təşkilatlarda» sözləri çıxarılsın, «Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər» sözlərindən sonra «(«Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED, Bİ-Pİ EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED, DELTA NİMİR XƏZƏR LİMİTED, DEN NORSKE STATS OLYESELSKAP a. s., LUKoyl SƏHMDAR CƏMİYYƏTİ, MakDERMOTT AZƏRBAYCAN İNK., PENNZOYL KASPİAN KORPOREYŞN, REMKO XƏZƏR ENERCİ LİMİTED, TÜRKİYE PETROLLERİ A.O., YUNOKAL XƏZƏR, LTD arasında Sazişin qəbul və təsdiq edilməsi, onun həyata keçirilməsinə icazə verilməsi barədə» Azərbaycan Respublikasının 1994-cü il 2 dekabr tarixli 933 nömrəli Qanunu və «Xəzər dənizinin Azərbaycan sektorunda «Şahdəniz» perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ARDNŞ Kommersiya Ortaq Şirkəti, Bi-Pi Eksploreyşn (Azərbaycan) Limited, Elf Petroleum Azərbaycan B.V., LUKoyl İnternəşnl LTD, Oyl İndastriz İncinirinq ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Törkiş Petroleum Oversiz Kompani Limited şirkətləri arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə» Azərbaycan Respublikasının 1996-cı il 4 oktyabr tarixli 160-IQ nömrəli Qanunu ilə təsdiq olunmuş Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla)» sözləri, «seçkili ödənişli vəzifələrdə işləyənlər» sözlərindən sonra «hərbi qulluqçular və xüsusi rütbəli şəxslər» sözləri, «əmək fəaliyyəti ilə məşğul olan» sözlərindən sonra «fiziki» sözü əlavə edilsin.

 

[31] 16 noyabr 2001-ci il tarixli 216-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 733) ilə 12-ci maddənin mətnində "fərdi əmək müqaviləsi" sözü "əmək müqaviləsi" sözü ilə əvəz edilmişdir.

23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-cü il, № 12, maddə 736) ilə "prokurorluğun müstəntiqləri" sözlərindən sonra "vergi orqanlarının işçiləri" sözləri əlavə edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 12-ci maddədə "vətəndaşlığı olmayan şəxslər;" sözlərindən sonra "Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər;" sözləri əlavə edilmiş, "; dövlətlərarası sazişlərə uyğun olaraq əcnəbilər" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; Azərbaycan Respublikasında fəaliyyət göstərən və ya xarici ölkədə Azərbaycan Respublikasına məxsus bütün idarə, müəssisə və təşkilatlarda fərdi əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; seçkili ödənişli vəzifələrdə işləyənlər; prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri, vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxslər; dövlətlərarası sazişlərə uyğun olaraq əcnəbilər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.

6 noyabr 2007-ci il tarixli 473-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1193) ilə 12-ci maddədə "hərbi qulluqçular və xüsusi rütbəli şəxslər" sözlərindən sonra "(müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)" sözləri əlavə edilmişdir.

6 may 2016-cı il tarixli 224-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 971) ilə 12-ci maddəsində “tərəflərdə işləyən” sözlərindən sonra “, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində)” sözləri əlavə edilmişdir.

 

30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 12-ci maddədə "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED, Bİ-Pİ EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED, DELTA NİMİR XƏZƏR LİMİTED, DEN NORSKE STATS OLYESELSKAP a. s., LUKoyl SƏHMDAR CƏMİYYƏTİ, MakDERMOTT AZƏRBAYCAN İNK., PENNZOYL KASPİAN KORPOREYŞN, REMKO XƏZƏR ENERCİ LİMİTED, TÜRKİYE PETROLLERİ A.O., YUNOKAL XƏZƏR, LTD arasında Sazişin qəbul və təsdiq edilməsi, onun həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının 1994-cü il 2 dekabr tarixli 933 nömrəli Qanunu və "Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ARDNŞ Kommersiya Ortaq Şirkəti, Bi-Pi Eksploreyşn (Azərbaycan) Limited, Elf Petroleum Azərbaycan B.V., LUKoyl İnternəşnl LTD, Oyl İndastriz İncinirinq ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Törkiş Petroleum Oversiz Kompani Limited şirkətləri arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının 1996-cı il 4 oktyabr tarixli 160-IQ nömrəli Qanunu ilə təsdiq olunmuş” sözləri "qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında” sözləri ilə əvəz edilmişdir.

 

[32] 16 noyabr 2001-ci il tarixli 216-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 733) ilə 13-cü maddənin mətnində "fərdi əmək müqaviləsi" sözü "əmək müqaviləsi" sözü ilə əvəz edilmişdir.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə birinci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi.

İşəgötürənlər təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan, təsərrüfat subyekti olmayan işəgötürənlər fərdi əmək müqaviləsi (kontraktı) bağlandıqdan sonra bir aydan gec olmayaraq işçilərinin sayı barədə məlumatları təqdim etməklə, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanlar isə şəxsən, məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar.

17 oktyabr 2014-cü il tarixli 1075-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2014-cü il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1171) 13-cü maddənin birinci hissəsində “bağlandıqdan” sözü “hüquqi qüvvəyə mindikdən” sözləri ilə əvəz edilmişdir.

24 oktyabr 2000-ci il tarixli 936-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №11, maddə 776) ilə 13-cü maddəyə yeni ikinci hissə əlavə edilmiş və 13-cü maddənin ikinci hissəsi müvafiq olaraq üçüncü hissə hesab edilmişdir.

6 noyabr 2007-ci il tarixli 473-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1193) ilə 13-cü maddənin ikinci hissəsində "müvafiq icra hakimiyyəti orqanında onun uçota alınması barədə sənəd" sözləri "müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə - dublikat" sözləri ilə əvəz edilmişdir.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə ikinci hissədə "təsərrüfat subyektlərinə" sözlərindən sonra "(kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla)" sözləri əlavə edilmişdir.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə üçüncü hissə dördüncü hissə hesab edilmiş və yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

1 fevral 2017-ci il tarixli 514-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 mart 2017-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 336) ilə 13-cü maddənin üçüncü hissəsinə (birinci halda) “şəxslərin,” sözündən sonra “publik hüquqi şəxslərin,” sözləri əlavə edilmişdir.

16 noyabr 2001-ci il tarixli 216-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 733) ilə 14-cü maddə yeni  redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı

Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir.

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əməyin ödənişi fonduna (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.

Məcburi dövlət sosial sığorta haqqı:

bütün işəgötürənlər üçün (kolxoz, sovxoz, təsərrüfatlararası kənd təsərrüfatı müəssisələri və kəndli (fermer) təsərrüfatlarından başqa) — hesablanmış əməyin ödənişi fondunun 30 faizi miqdarında;

kolxoz, sovxoz, təsərrüfatlararası kənd təsərrüfatı müəssisələri, kəndli (fermer) təsərrüfatları üçün — hesablanmış əməyin ödənişi fondunun 23 faizi miqdarında;

ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü və s.) əməyindən istifadə edən şəxslər — hesablanmış əmək haqqının 20 faizi miqdarında;

Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; seçkili ödənişli vəzifələrdə işləyənlər; prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri; fərdi əmək müqaviləsi (kontraktı) ilə işləyənlər, habelə kontrakt əsasında qulluğa qəbul edilmiş hərbi qulluqçular — hesablanmış əmək haqqının 1 faizi miqdarında;

vəkillər kollegiyasının üzvləri üçün gəlirlərinin 20 faizi miqdarında;

xüsusi notarius, sərbəst auditor, sərbəst mühasib, fərdi etektif fəaliyyəti ilə məşğul olan şəxslər üçün - gəlirlərinin 20 faizi miqdarında;

 Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə:

 ticarət və ictimai iaşə obyektlərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün — ölkə üzrə ötən ilin orta aylıq əmək haqqının 30 faizi miqdarında;

 əhaliyə məişət və nəqliyyat xidməti göstərən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün — ölkə üzrə ötən ilin orta aylıq əmək haqqının 25 faizi miqdarında;

 fərdi sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olan şəxslər üçün — ölkə üzrə ötən ilin orta aylıq əmək haqqının 20 faizi miqdarında;

 ticarət və ictimai iaşə obyektlərində, əhaliyə məişət və nəqliyyat xidməti sahəsində, eləcə də fərdi sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olan şəxslər üçün nəzərdə tutulan məcburi dövlət sosial sığorta haqqı məbləğləri bu Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin doqquzuncu —on birinci abzaslarında Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqqının respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi tətbiq edilir.

icarə əsasında nəqliyyat vasitələrində işləyən şəxslər üçün icarədar tərəfindən — icarə haqqının 20 faizi miqdarında;

müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər — hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında ödəyirlər. 

Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Qonorar ödəyən hüquqi və fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqını hər dəfə qonorar hesablandıqda ödəyirlər. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əmək haqqı ödənişləri ilə eyni vaxtda həyata keçirilir.

Dövlət qulluqçuları sosial sığorta fonduna ödənişlərdən azaddırlar

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 14-cü maddənin ikinci hissəsində "əməyin ödənişi fonduna" sözləri "əmək ödənişinə" sözləri ilə əvəz edilmişdir.

28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) ilə 14-cü maddənin üçüncü hissəsinin ikinci abzasında «bütün işəgötürənlər» sözləri «mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığorta edən şəxslər» sözləri ilə əvəz edilmişdir.

22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №12, maddə 706) ilə 14-cü maddənin üçüncü hissəsinin ikinci abzasında "29" rəqəmi "27" rəqəmi ilə əvəz edilmişdir.

3 dekabr 2004-cü il tarixli 794-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 2) ilə 14-cü maddənin üçüncü hissəsinin ikinci abzası yeni  redaksiyada verilmişdir.  Əvvəlki redaksiyada deyilirdi:

seçkili orqanlar və bütün işəgötürənlər üçün (kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərdən başqa) - hesablanmış əməyin ödənişi fondunun 27 faizi miqdarında;

6 noyabr 2007-ci il tarixli 473-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1193) ilə 14-cü maddənin üçüncü hissəsinin ikinci abzasında "əməyin ödənişi fondunun" sözlərindən sonra "və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin" sözləri əlavə edilmişdir.

28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) ilə 14-cü maddənin üçüncü hissəsinin üçüncü abzasındakı birinci mötərizədən «, pensiyaçılardan və digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlərdən» sözləri çıxarılmışdır.

3 dekabr 2004-cü il tarixli 794-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 2) ilə 14-cü maddənin üçüncü hissəsinin üçüncü abzası çıxarılmış və dördüncü – on beşinci abzasları müvafiq olaraq üçüncü – on dördüncü abzaslar hesab edilmişdir. Üçüncü abzasın əvvəlki redaksiyasında deyilirdi:

kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər üçün - hesablanmış əməyin ödənişi fondunun 23 faizi miqdarında;

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 14-cü maddənin üçüncü hissəsinin üçüncü abzasında "pensiya hesablanması üçün təsdiq olunmuş orta" sözləri "müəyyən olunmuş minimum" sözləri ilə əvəz edilmişdir.

10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923) ilə . üçüncü hissənin üçüncü abzasında “hüquqi şəxs yaradanlardan,” sözlərindən sonra “ailə kəndli təsərrüfatı üzvlərindən,” sözləri əlavə edilmişdir.

28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) ilə 14-cü maddənin üçüncü hissəsinin dördüncü abzasında «6» rəqəmi «12» rəqəmi ilə, beşinci abzasında «4» rəqəmi «8» rəqəmi ilə, altıncı abzasında «2» rəqəmi «4» rəqəmi ilə, yeddinci abzasında «1» rəqəmi «2» rəqəmi ilə əvəz edilmişdir.

15 aprel 2016-cı il tarixli 205-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 aprel 2016-cı il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 657) ilə 14-cü maddəsinin üçüncü hissəsinin ikinci bəndindən sonra yeni məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir.

22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №12, maddə 706) ilə 14-cü maddənin üçüncü hissəsinin onuncu abzasında "1,5" rəqəmi "2" rəqəmi ilə əvəz edilmişdir.

3 dekabr 2004-cü il tarixli 794-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 2) ilə üçüncü hissənin onuncu abzasında "2" rəqəmi "3" rəqəmi ilə əvəz edilmişdir.

28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) ilə 14-cü maddənin üçüncü hissəsinin doqquzuncu abzasında «seçkili ödənişli vəzifələrdə işləyənlər;» sözlərindən sonra «hərbi qulluqçular;» sözləri əlavə edilmişdir və «, habelə kontrakt əsasında qulluğa qəbul edilmiş hərbi qulluqçular» sözləri çıxarılmışdır.

6 noyabr 2007-ci il tarixli 473-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1193) ilə 14-cü maddənin üçüncü hissəsinin doqquzuncu abzasında "hərbi qulluqçular" sözlərindən sonra "və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)" sözləri əlavə edilmişdir.

22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №12, maddə 706) ilə 14-cü maddənin üçüncü hissəsinin on üçüncü abzasında "ödənilir" sözü çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

 müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında ödənilir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 14-cü maddənin üçüncü hissəsində on birinci abzas çıxarılmış və on iki – on dördüncü abzaslar müvafiq olaraq on bir – on üçüncü abzaslar hesab edilmişdir. On birinci abzasın əvvəlki redaksiyasında deyilirdi:

icarə əsasında nəqliyyat vasitələrində işləyən şəxslər üçün icarədar tərəfindən - icarə haqqının 20 faizi miqdarında;

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 14-cü maddənin üçüncü hissəsinin on birinci abzasında "fiziki şəxslər üçün" sözlərindən sonra "ödəmə mənbəyindən tutulmaqla" sözləri əlavə edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 14-cü maddənin üçüncü hissəsinin on ikinci abzasında "müqavilələrlə işləyənlər üçün" sözlərindən sonra "(sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla" sözləri əlavə edilmiş, "gəlirlərinin 20 faizi miqdarında" sözləri "ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80 faizi miqdarında" sözləri ilə əvəz edilmişdir.

28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) ilə 14-cü maddənin üçüncü hissəsinin on ikinci abzasında «ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80 faizi miqdarında» sözləri «gəlirlərin 25 faizi miqdarında» sözləri ilə əvəz edilmişdir.

22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №12, maddə 706) ilə 14-cü maddənin üçüncü hissəsinə on dördüncü və on beşinci abzaslar əlavə edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 14-cü maddənin üçüncü hissəsinin on üçüncü abzasında "sahibkarlıq fəaliyyəti ilə məşğul olan" sözlərindən sonra "və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı ödəməyən" sözləri əlavə edilmiş, "ötən ilin orta aylıq əmək haqqının 20 faizi" sözləri "müəyyən edilmiş minimum aylıq əmək haqqının 80 faizi" sözləri ilə əvəz edilmişdir.

28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) ilə 14-cü maddənin dördüncü hissəsinin birinci abzasında hər iki halda «sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər» sözləri «sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər» sözləri ilə əvəz edilmişdir.

6 noyabr 2007-ci il tarixli 473-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1193) ilə 14-cü maddənin dördüncü hissəsinin birinci abzasında "Ticarət, nəqliyyat və tikinti sahələrində" sözləri "Ticarət və tikinti sahələrində" sözləri ilə, "70" rəqəmi "50" rəqəmi ilə, "40" rəqəmi isə "20" rəqəmi ilə əvəz edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 14-cü maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə:

ticarət və ictimai iaşə obyektlərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün - ölkə üzrə ötən ilin orta aylıq əmək haqqının 20 faizi miqdarında;

əhaliyə məişət və nəqliyyat xidməti göstərən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün - ölkə üzrə ötən ilin orta aylıq əmək haqqının 15 faizi miqdarında;

fərdi sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olan şəxslər üçün - ölkə üzrə ötən ilin orta aylıq əmək haqqının 10 faizi miqdarında ödənilir.

10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923) ilə maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilmişdir və beşinci səkkizinci hissələr müvafiq olaraq altıncı-doqquzuncu hissələr hesab edilmişdir.

6 noyabr 2007-ci il tarixli 473-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1193) ilə 14-cü maddənin beşinci hissəsində "2" rəqəmi "6" rəqəmi ilə əvəz edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 14-cü maddənin beşinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Ticarət və ictimai iaşə obyektlərində, əhaliyə məişət və nəqliyyat xidməti sahəsində, eləcə də fərdi sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olan şəxslər üçün nəzərdə tutulan məcburi dövlət sosial sığorta haqqı məbləğləri bu maddənin üçüncü hissəsində Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqqının respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi tətbiq edilir.

13 iyun 2017-ci il tarixli 720-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1279) ilə 14-cü maddənin altıncı hissəsində “nağd və ya” sözləri “yalnız” sözü ilə əvəz edilmişdir.

3 dekabr 2004-cü il tarixli 794-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 2) ilə 14-cü maddənin altıncı hissəsinin üçüncü cümləsində "əmək haqqı ödənişləri ilə eyni vaxtda" sözlərindən sonra "və həmin ödənişlərin həcminə uyğun tam məbləğdə" sözləri əlavə edilmişdördüncü və beşinci cümlələri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğləri sığorta edənlərin bank təşkilatlarında olan hesabından tutulur. Sığortaedən hüquqi şəxs olmadıqda borc məbləği məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tutulur.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 14-cü maddənin altıncı hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Qonorar ödəyən hüquqi və fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqını hər dəfə qonorar hesablandıqda ödəyirlər. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əmək haqqı ödənişləri ilə eyni vaxtda və həmin ödənişlərin həcminə uyğun tam məbləğdə həyata keçirilir.

5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) ilə 14-cü maddəsinin səkkizinci hissəsinin beşinci abzasının birinci cümləsində “Milli Bankının” sözləri “Mərkəzi Bankının” sözləri ilə əvəz edilmişdir.

3 dekabr 2004-cü il tarixli 794-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 2) ilə yeddinci hissə əlavə edilmişdir.

29 oktyabr 2004-cü il tarixli 784-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 976) ilə 14-cü maddədə yeddinci hissə səkkizinci hissə hesab edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 14-cü maddənin səkkizinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqından sosial sığorta ödənişləri həyata keçirilmir.

3 dekabr 2004-cü il tarixli 794-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 2) ilə doqquzuncu hissə əlavə edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 14-cü maddənin doqquzuncu hissəsi çıxarılmışdır.

 

[33] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 13-cü və 14-cü maddələr yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu

 

Qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar.

Banklar tərəfindən təsərrüfat subyektlərinə (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) bank hesabları açıldıqda həmin subyekt məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat təqdim etməlidir.

Kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filiallarının, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçotu müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi uçot məlumatları əsasında aparılır.

Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu, qaydaları məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı

 

Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir.

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.

Məcburi dövlət sosial sığorta haqqı:

seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığorta edən şəxslər üçün—hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 22 faizi miqdarında;

kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər üçün — hesablanmış əməyin ödənişi fondunun 23 faizi miqdarında;

mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən, pensiyaçılardan və digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlərdən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının:

torpaqların 1-ci keyfiyyət qrupu üzrə — 12 faizi;

torpaqların 2-ci keyfiyyət qrupu üzrə — 8 faizi;

torpaqların 3-cü keyfiyyət qrupu üzrə — 4 faizi;

torpaqların 4-cü keyfiyyət qrupu üzrə — 2 faizi miqdarında;

Qeyd: Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür.

ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü və s.) əməyindən istifadə edən şəxslər üçün — hesablanmış əmək haqqının 20 faizi miqdarında;

Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər, habelə kontrakt əsasında qulluğa qəbul edilmiş hərbi qulluqçular üçün — hesablanmış əmək haqqının 3 faizi miqdarında;

vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün — gəlirlərinin 20 faizi miqdarında;

icarə əsasında nəqliyyat vasitələrində işləyən şəxslər üçün icarədar tərəfindən — icarə haqqının 20 faizi miqdarında;

müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla — hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla — gəlirlərin 25 faizi miqdarında;

xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı ödəməyən Azərbaycan Respublikasının vətəndaşları üçün—ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80 faizi.

Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin:

Bakı şəhərində 100 faizi,

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,

respublika tabeli digər şəhərlərdə 80 faizi,

rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,

kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Ailə kəndli təsərrüfatının hər bir üzvü üçün ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.

Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

Ödəmə mənbəyindən qonorar ödəyən hüquqi və fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qonorarın hesablandığı aydan sonrakı ayın 15-dək ödənilir.

Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır:

sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir;

hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir;

Sığortaedənin cari və digər hesablarında vəsait olduqda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir;

Sığortaedənin valyuta hesabına sərəncam yönəldildiyi halda bank və ya digər kredit təşkilatı həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə sığortaedənə məlumat göndərir. Valyuta vəsaiti sığortaedən tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra edilir;

Sığortaedənin cari, valyuta və digər hesablarında vəsait olmadıqda və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və sığortaedənin hesablarına vəsait daxil olduqca icra edilir;

məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır;

məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının alınması haqqında sərəncamı bir neçə bank və kredit təşkilatına verildikdə və bu zaman məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedənin hər hansı cari, valyuta və digər hesabından məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alındıqda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı digər banklara və ya kredit təşkilatlarına həmin borc və maliyyə sanksiyalarının alınması üçün vermiş olduğu sərəncamların və artıq alınmış vəsaitlərin dərhal geri qaytarılmasını təmin edir;

sığortaedən hüquqi şəxs olmadıqda, borc məbləği məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tutulur.

Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqqı sığortaedənin müraciətinə əsasən geri qaytarılır.

Fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları (işəgötürənlər) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fonduna hesablanmış məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azaddırlar (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası müddətində).

 

[34] 8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə 13.1-ci maddədən “və sığortaolunanların” sözləri çıxarılmışdır və həmin maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[35] 8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə 13.4-cü maddəyə “tərəfindən” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla,” sözləri əlavə edilmişdir.

 

[36] 8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə 14.5.1-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

14.5.1. sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında;

 

8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667) (01 yanvar 2021-ci il tarixdə qüvvəyə minmişdir) ilə 14.5.1-ci maddə yeni redaksiyada verilmişdir.)

 

əvvəlki redaksiyada deyilirdi:

14.5.1. sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının:

Bakı şəhərində 100 faizi;

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

digər şəhərlərdə 80 faizi;

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

 

[37] 8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə yeni məzmunda 14.5.1-1-ci və 14.5.1-2-ci maddələr əlavə edilmişdir.

 

[38] 8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə 14.5.5-ci maddədə “20 faizi” sözləri “(xərclər çıxılmaqla) 10 faizi” sözləri ilə əvəz edilmişdir.

 

[39] 8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə 14.5.6-cı maddə ləğv edilmişdir.

 

[40] 8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə 14.6-cı maddədə “Məcburi” sözü “Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi” sözləri ilə əvəz edilmişdir.

 

[41] 8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə yeni məzmunda 14.6-1-ci maddə əlavə edilmişdir.

 

[42] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 15-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Məcburi dövlət sosial sığorta haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sosial sığorta haqqı hesablanmayan kompensasiyalar, müavinətlər və gəlirlər istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır.

 

[43] 8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə 15-ci maddənin üçüncü abzası yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri;

 

[44] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 15-ci maddənin birinci hissəsinin dördüncü abzasa "işçilərin” sözündən əvvəl "müəssisənin ləğvi,” sözləri əlavə edilmişdir.

 

[45] 4 may 2018-ci il tarixli 1141-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 894) ilə 15-ci maddənin birinci hissəsinin altıncı abzasında “aspirantlara (magistrlərə)” sözləri “doktorantlara və magistrlərə” sözləri ilə əvəz edilmişdir.

 

[46] 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 15-ci maddəsinin onuncu abzasının əvvəlinə "Azərbaycan Respublikasının qanunları və" sözləri əlavə edilmişdir.

 

[47] 4 dekabr 2009-cu il tarixli 928-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 dekabr 2009-cu il, № 285) ilə 15-ci maddəsinin on birinci abzasında “5” rəqəmi (hər iki halda) “3” rəqəmi ilə əvəz edilmişdir.

22 oktyabr 2013-cü il tarixli 768-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 noyabr 2013-cü il, № 264; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1284) ilə 15-ci maddəsinin birinci hissəsinin onuncu bəndinə “icbari” sözündən sonra “sığorta” sözü əlavə edilmişdir.

 

30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 15-ci maddənin birinci hissəsinin on birinci abzasa "üzrə sığortaedənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya” sözləri "və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə” sözləri ilə əvəz edilmişdir.

[48] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 15-ci maddənin birinci hissəsinin on ikinci abzasa "məbləği” sözündən sonra ", idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar” sözləri əlavə edilmişdir.

 

8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667) ilə 15-ci maddənin on ikinci abzasa “royalti” sözündən sonra “(müəlliflik qonorarı istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[49] 6 noyabr 2007-ci il tarixli 473-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1193) ilə 15-ci maddənin on altıncı abzasının əvvəlinə "dövlət orqanları tərəfindən" sözləri əlavə edilmişdir.

 

[50] 6 noyabr 2007-ci il tarixli 473-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1193) ilə 15-ci maddənin on yeddinci abzası çıxarılmışdır.

 

[51] 22 noyabr 2013-cü il tarixli 828-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 dekabr 2013-cü il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1487) ilə 15-ci maddəsinin on yeddinci abzasında “və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin” sözləri “, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların” sözləri ilə əvəz edilmişdir.

 

[52] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 15-ci maddənin birinci hissəsinin on səkkizinci abzasa "vəsait hesabına” sözlərindən sonra "əcnəbilər üzrə” sözləri əlavə edilmişdir.

 

[53] 28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) ilə 15-ci maddəyə  yeni abzaslar əlavə edilmişdir.

 

[54] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 15-ci maddənin birinci hissəsinin iyirmi birinci abzas ləğv edilmişdir.

 

[55] 6 noyabr 2007-ci il tarixli 473-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1193) ilə 15-ci maddənin iyirminci abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin, aşağıdakı məzmunda iyirmi birinci və iyirmi ikinci abzaslar əlavə edilmişdir.

 

[56] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 15-ci maddənin birinci hissəsinin iyirmi ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda iyirmi üçüncü və iyirmi dördündü abzas əlavə edilmişdir.

 

[57] 8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 667ilə 15-ci maddənin iyirmi dördüncü abzası yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

sığortaedənin işçilərinin yeməklə təmin edilməsi ilə bağlı üçüncü tərəfə ödədiyi vəsait.

 

[58] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 16-cı maddədə ""Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən "Məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında" Əsasnamə və digər normativ hüquqi aktlar ilə" sözləri "Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə" sözləri ilə əvəz edilmişdir.

 

[59] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 17-ci maddənin adından "Məcburi dövlət" sözləri çıxarılmış və həmin maddənin mətni yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Maddə 17. Məcburi dövlət sosial sığorta ödəmələrinin verilməsi

Məcburi dövlət sosial sığorta ödəmələri sığorta olunanlara sığortaedən tərəfindən, sığortaedən ləğv edildikdə və ya təsərrüfat fəaliyyətini dayandırdıqda onun hüquqi varisi tərəfindən, hüquqi varisi olmadıqda isə bilavasitə, sığortaedəni uçota almış sığortaçı tərəfindən iş və ya yaşayış yerində verilir.

Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanlara məcburi dövlət sosial sığorta ödəmələri bilavasitə sığortaçı tərəfindən verilir.

 

[60] 13 iyun 2017-ci il tarixli 720-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1279) ilə 17-ci maddəyə “sığortaolunanlara” sözündən sonra “yalnız nağdsız qaydada” sözləri əlavə edilmişdir.

1 fevral 2018-ci il tarixli 976-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 mart 2018-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 369) ilə 17-ci maddəyə “sığortaçı tərəfindən” sözlərindən sonra “, əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə isə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilmişdir.

 

[61] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 18-ci maddənin birinci hissəyə "idarəetməni” sözündən sonra "(məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[62] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 18-ci maddənin birinci hissənin dördüncü, beşinci, yeddinci - onuncu abzasları ləğv edilmişdir.

 

[63] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082)) ilə 18-ci maddənin beşinci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

işəgötürənlər tərəfindən məcburi dövlət sosial sığorta vasitələrinin düzgün xərclənməsinə nəzarət edir;

 

[64] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 18-ci maddənin birinci hissənin altıncı abzasında "qəbul edir” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir” sözləri ilə əvəz edilmişdir.

 

[65] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 18-ci maddənin onuncu abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

maliyyə vəziyyəti müvəqqəti pisləşmiş sığortaedənlərə məcburi dövlət sosial sığorta ödəmələrinin verilməsində yardım edir;

 

17 oktyabr 2014-cü il tarixli 1075-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2014-cü il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1171) ilə 18-ci maddənin onuncu abzasında “bağlanılmadan” sözü “hüquqi qüvvəyə minmədən” sözləri ilə əvəz edilmişdir.

 

[66] 1 fevral 2019-cu il tarixli 1482-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 380) ilə 18-ci maddədə on birinci abzas on ikinci abzas hesab edilmişdir və yeni məzmunda on birinci abzas əlavə edilmişdir.

 

[67] 30 iyun 2020-ci il tarixli 154-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1015ilə 18-ci maddəsinin birinci hissəsinin altıncı abzası yeddinci abzas hesab edilmişdir və yeni məzmunda altıncı abzas əlavə edilmişdir.

 

[68] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 18-ci maddənə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[69] 24 oktyabr 2000-ci il tarixli 936-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №11, maddə 776) ilə 18-ci maddəyə ikinci hissə əlavə edilmişdir.

30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 18-ci maddəsinin ikinci hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddır.

 

[70] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 19-cu maddəyə "ödəmələrinin” sözündən sonra ", müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin” sözləri əlavə edilmişdir, həmin maddənin mətni 19.1-ci maddə hesab edilmişdir.

29 dekabr 2020-ci il tarixli 239-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1) ilə 19.1-ci maddədə “vahid fondda” sözləri “dövlət sosial müdafiə fondunda” sözləri ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

 

[71] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə yeni məzmunda 19.2-ci maddə əlavə edilmişdir.

29 dekabr 2020-ci il tarixli 239-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1) ilə 19.2-ci maddədə “vahid fondda” sözləri “dövlət sosial müdafiə fondunda” sözləri ilə əvəz edilmişdir.

 

[72] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 20-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyalarının tətbiqi nəticəsində əldə edilmiş vəsaitlərin 30 faizini işçilərin maddi həvəsləndirilməsinə və maddi texniki bazasının inkişaf etdirilməsinə yönəltmək hüququna malikdir.

 

1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 521) ilə 20-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində “tətbiq edilən” sözlərindən sonra “və bu Qanunun 19.1-ci maddəsində nəzərdə tutulan fonda daxil olan” sözləri və “hesabına” sözündən sonra “, 7 faizi isə dövlət büdcəsinə” sözləri əlavə edilmişdir, habelə həmin cümlədə “50” rəqəmləri “43” rəqəmləri ilə, “30” rəqəmləri “23” rəqəmləri ilə əvəz edilmişdir.

 

[73] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 21-ci maddə ləğv edilmişdir.

 

[74] 16 noyabr 2001-ci il tarixli 216-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 733) ilə 21-ci maddənin birinci hissəsinin birinci abzasından "sığortaedənlərə" sözü çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları sığortaedənlərə aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdirlər:

 

[75] 24 oktyabr 2000-ci il tarixli 936-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №11, maddə 776) ilə 21-ci maddənin birinci hissəsinin ikinci abzasında ”pozmalarına görə” sözlərindən sonra “, o cümlədən uçota durmadıqda həmin dövr ərzində hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə,” sözləri əlavə edilmişdir.

 

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 21-ci maddənin birinci hissəsinin ikinci abzasında " sığortaedənlərin" sözündən sonra "(kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla)" sözləri əlavə edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 21-ci maddənin birinci hissəsinin ikinci abzasında "sosial sığorta haqqının 5 faizi məbləğində" sözlərindən sonra ", hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda şərti maliyyə vahidinin 20 misli miqdarında" sözləri əlavə edilmişdir.

 

2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 21-ci maddəsinin birinci hissəsinin ikinci abzasında “şərti maliyyə vahidinin 20 misli” sözləri “iyirmi iki manat” sözləri ilə əvəz edilmişdir.

 

[76] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 21-ci maddənin birinci hissəsinin üçüncü abzasında "sosial sığorta haqqının 10 faizi məbləğində" sözlərindən sonra ", hesabat dövrü üçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda şərti maliyyə vahidinin 40 misli miqdarında" sözləri əlavə edilmişdir.

 

2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 21-ci maddəsinin üçüncü abzasında “şərti maliyyə vahidinin 40 misli” sözləri “qırx dörd manat” sözləri ilə əvəz edilmişdir.

 

[77] 24 oktyabr 2000-ci il tarixli 936-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №11, maddə 776) ilə 21-ci maddənin birinci hissəsinin beşinci abzasından “qəsdən” sözü çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

məcburi dövlət sosial sığorta vəsaitləri hesabına qəsdən artıq sosial sığorta ödəməsi verilməsinə görə artıq verilmiş məbləğ bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə;

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 21-ci maddənin birinci hissəsinin beşinci abzası çıxarılmış, əvvəlki altı-doqquzuncu abzaslar müvafiq olaraq beş-səkkizinci abzaslar hesab edilmişdir. Beşinci abzasın əvvəlki redaksiyasında deyilirdi:

sığortaedənlərin məcburi dövlət sosial sığorta vəsaitləri hesabına artıq sosial sığorta ödəməsi verilməsinə görə — artıq verilmiş məbləğ bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə;

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 21-ci maddənin birinci hissəsinin beşinci abzasında "sığorta vəsaitlərinin" sözləri "sığorta haqlarının" sözləri ilə, "vəsaitlər bərpa olunmaqla onun" sözləri "vəsaitlərin" sözü ilə əvəz edilmişdir.

 

[78] 16 noyabr 2001-ci il tarixli 216-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 733) ilə 21-ci maddənin birinci hissəsinin üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci abzaslarının əvvəlinə "sığortaedənlərin" sözü əlavə edilmişdir.

 

28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) 21-ci maddənin birinci hissəsinin ilə yeddinci abzasında «sığortaedənlərin» sözü «mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin» sözləri ilə əvəz edilmişdir.

 

[79] 28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) ilə 21-ci maddənin birinci hissəsinin altıncı abzasında «sığortaedənlərin» sözü «mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin» sözləri ilə əvəz edilmişdir.

 

6 noyabr 2007-ci il tarixli 473-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1193) ilə 21-ci maddənin birinci hissəsinin yeddinci abzasında "ölkə üzrə əvvəlki ilin orta aylıq əməkhaqqının 50 faizi məbləğində" sözləri "şərti maliyyə vahidinin 50 misli miqdarında" sözləri ilə əvəz edilmişdir.

 

2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 21-ci maddəsinin yeddinci abzasında “şərti maliyyə vahidinin 50 misli” sözləri “əlli beş manat” sözləri ilə əvəz edilmişdir.

 

17 oktyabr 2014-cü il tarixli 1075-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2014-cü il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1171) ilə 21-ci maddənin birinci hissəsinin yeddinci abzasında “əmək müqaviləsi olmadan işləyənlər olduqda və ya müqaviləsi olduğu halda” sözləri “əmək müqaviləsi (kontraktı) olmadan işləyənlər olduqda və ya əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi halda” sözləri ilə əvəz edilmişdir.

 

[80] 24 oktyabr 2000-ci il tarixli 936-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №11, maddə 776) ilə 21-ci maddənin birinci hissəsinə  səkkizinci və doqquzuncu abzaslar əlavə edilmiş və 21-ci maddənin birinci hissəsinin səkkizinci abzası müvafiq olaraq onuncu abzas hesab edilmişdir.

3 dekabr 2004-cü il tarixli 794-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 2) ilə 21-ci maddənin birinci hissəsinin doqquzuncu abzasında "eləcə də" sözlərindən əvvəl "habelə məcburi dövlət sosial sığorta haqqı üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə uyğun tutulmasına dair məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamlarını icra etmədiyinə görə," sözləri əlavə edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 21-ci maddənin birinci hissəsinin səkkizinci abzasında "məcburi dövlət sosial sığorta haqları əmək haqqı ödənişləri ilə eyni vaxtda həyata keçirilmədiyi halda, habelə" sözləri çıxarılmış, "köçürmə əməliyyatı apardığına görə - " sözlərindən sonra "kredit təşkilatlarına" sözləri çıxarılmış, həmin abzasda "10 faizi miqdarında" sözlərindən sonra "bank və ya digər kredit təşkilatlarına" sözləri əlavə edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

məcburi dövlət sosial sığorta haqları əmək haqqı ödənişləri ilə eyni vaxtda həyata keçirilmədiyi halda, habelə məcburi dövlət sosial sığorta haqqı üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə uyğun tutulmasına dair məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamlarını icra etmədiyinə görə, eləcə də hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının aparılması qanunvericiliyə uyğun olaraq dayandırıldığı müddətdə köçürmə əməliyyatı apardığına görə — kredit təşkilatlarına ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin 10 faizi miqdarında cərimə;

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 21-ci maddənin iki-səkkizinci abzaslarının sonundakı "cərimə" sözü çıxarılmışdır.

 

[81] 28 noyabr 2006-cı il tarixli 183-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1018) ilə 21-ci maddənin birinci hissəsinin doqquzuncu abzasında «borcların alınması üçün banka və ya digər kredit təşkilatlarına sərəncamın verildiyi tarixdən» sözləri «borcların ödənilməsinə dair bildirişdə göstərilən müddət bitdiyi tarixdən» sözləri ilə əvəz edilmişdir.

 

[82] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 21-ci maddənin birinci hissəsinə yeni doqquzuncu və onuncu abzaslar əlavə edilmişdir.

 

6 noyabr 2007-ci il tarixli 473-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1193) ilə 21-ci maddənin birinci hissəsinin onuncu abzasında "müvafiq icra hakimiyyəti orqanında onun uçota alınması barədə sənəd" sözləri "müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə - dublikat" sözləri ilə əvəz edilmişdir.

 

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 21-ci maddənin birinci hissəsinin onuncu abzasında "sığortaedənlərə" sözündən sonra "(kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla)" sözləri əlavə edilmişdir.

 

2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 21-ci maddəsinin onuncu abzasında “şərti maliyyə vahidinin 400 misli” sözləri “dörd yüz qırx manat” sözləri ilə əvəz edilmişdir.

 

 

[83] 16 noyabr 2001-ci il tarixli 216-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 733) ilə 21-ci maddənin birinci hissəsinin onuncu abzasının əvvəlinə "sığortaedənlərin" sözü əlavə edilmiş və "ödənilməsi gecikdirildikdə" sözlərindən sonra "cari təqvim ilində" sözləri əlavə edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 21-ci maddənin birinci hissəsinin əvvəlki onuncu abzası on birinci abzas hesab edilmiş və yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə cari təqvim ilində gecikdirmənin hər gününə görə sığorta haqqının 0,1 faizi məbləğində peniya.

 

[84] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 21-ci maddəyə yeni ikinci hissə əlavə edilmişdir.

 

[85] 24 oktyabr 2000-ci il tarixli 936-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №11, maddə 776)ilə 21-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Maliyyə sanksiyaları sığortaedənin hesabından qeyd-şərtsiz qaydada tutulur. Sığortaedən hüquqi şəxs olmadıqda və ya bank idarələrində müvafiq hesaba malik deyilsə, maliyyə sanksiyaları notariusun verdiyi icra qeydi əsasında tutulur.

3 dekabr 2004-cü il tarixli 794-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 2) ilə 21-ci maddənin ikinci hissəsində "hesabından" sözündən sonra "bu Qanunun 14-cü maddəsinin yeddinci hissəsinə uyğun olaraq" sözləri əlavə edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 21-ci maddənin əvvəlki ikinci hissəsi üçüncü hissə hesab edilmiş və yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış maliyyə sanksiyaları sığortaedənlərin kredit təşkilatında olan hesabından bu Qanunun 14-cü maddəsinin yeddinci hissəsinə uyğun olaraq habelə kredit təşkilatında sığortaedənin hesabı olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tutulur.

 

[86] 21 oktyabr 2005-ci il tarixli 1029-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 21-ci maddəyə dördüncü hissə əlavə edilmişdir.

 

[87] 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 28-ci maddənin birinci hissəsində "Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sosial sığorta haqlarının daxil olması və” sözləri "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

[88] 16 noyabr 2001-ci il tarixli 216-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 733) ilə 29-cu maddədə "Fərdi əmək mübahisələrinin həlli haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə" sözləri ilə əvəz edilmişdir.

 

30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2502) ilə 29-cu maddəyə "sığortaçı” sözündən sonra "və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri əlavə edilmişdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

518396
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
313
184
497
7151
518396

Tarix: 19-03-2024