Əmək pensiyaları və məcburi dövlət sosial sığortası üzrə müavinətlər bankomat kartları ilə ödənilir.

Ölkəmizdə əhalinin sosial müdafiəsi həyata keçirilən sosial-iqtisadi siyasətin öncül istiqamətlərindən olaraq, daim dövlətin diqqət mərkəzindədir. Ölkə rəhbərliyi əhalinin sosial müdafiə məsələlərini daim diqqət mərkəzində saxlayır və onların həlli istiqamətində ciddi tapşırıqlar verir. Əməkhaqqı, pensiya və müavinətlərin mütəmadi olaraq artırılması, həssas qrup əhalininin sosial müdafiəsinin təşkili, pensiya sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir.

Sosial müdafiə sistemində həyata keçirilən islahatlar muxtar respublikamızda da uğurla tətbiq edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü islahatlar, qəbul olunmuş müxtəlif dövlət proqramlarının müvəffəqiyyətli icrası muxtar respublikanın iqtisadi qüdrətini artırmaqla yanaşı, sosial müdafiə sahəsi üzrə də davamlı inkişafı təmin etmişdir. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun qarşısına qoyulan öhdəliklərin də yüksək səviyyədə icrasına zəmin yaratmışdır. Belə ki, Fond pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması, habelə pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı işlərinin icrasını tam təmin edir.

Muxtar respublikamızda vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların və məcburi dövlət sosial sığortası üzrə müavinətlərin ödənilməsi sistemində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, muxtar respublikada pensiyaların və məcburi dövlət sosial sığortası üzrə müavinətlərin plastik kartlarla bankomatlar vasitəsilə alması üçün hər cür şərait yaradılmışdır. Həmin şəxslər plastik kartlardan istifadə edərək pensiyalarını və müavinətlərini istənilən vaxt rahat şəkildə əldə edirlər. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu pensiyaların və müavinətlərin plastik kartlarla bankomatlar vasitəsi ilə ödənilməsini "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti və Muxtar Respublikada fəaliyyət göstərən digər banklar vasitəsilə həyata keçirir. Vətəndaşlar plastik kartlardan istifadə edərək pensiyalarını istənilən vaxt rahat şəkildə ala bilməklə yanaşı, müxtəlif kommunal xidmətlərin elektron qaydada ödənişini həyata keçirmək imkanını da əldə edirlər.

Göründüyü kimi ölkəmizdə, elecə də muxtar respublikamızda pensiyaçıların sosial rifahının yaxşılaşdırılmasına yönələn tədbirlər mütəmadi davam etdirilir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

034261
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
21
86
518
3897
34261

Tarix: 31-10-2020