-
Nəşr edilib 10.04.2021 09:43
Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Xüsusilə yeni innovativ dərnəklərin yaradılması uşaqların asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafı, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi, milli dəyərlər zəminində tərbiyələri üçün zəruri şərait yaradır.
Aprelin 9-da Ordubad rayonunda yaradılmış innovativ dərnəklərin təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dərnəklərin fəaliyyəti ilə maraqlanmış, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıb.
Ardını oxu...
-
Nəşr edilib 10.04.2021 09:32
Aprelin 9-da Ordubad şəhər 1 nömrəli tam orta məktəb istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 612 şagird yerlik məktəbdə 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat sinfi, 2 kompüter, 2 müəllimlər otağı, psixoloq otağı, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet və digər texniki otaqlar vardır. Məktəbdə 43 kompüter və 5 elektron lövhə quraşdırılmış, internetə çıxış təmin olunmuşdur. Kitabxana fondunda 4208-i dərslik və 5575-i bədii ədəbiyyat olmaqla, 9783 kitab vardır.
Ardını oxu...
-
Nəşr edilib 10.04.2021 09:19
Aprelin 9-da Ordubad Rayon Uşaq Xəstəxanası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Ordubad Rayon Uşaq Xəstəxanasının baş həkimi Dürdanə Quliyeva deyib ki, xəstəxana müasir tələblər səviyyəsində qurulub, uşaqların dünya səhiyyə sisteminin tələblərinə uyğun müayinə və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Görülən işlər Ordubad rayonunda uşaqların tam keyfiyyətli tibbi xidmətlə əhatə olunmasına imkan verəcəkdir. Dürdanə Quliyeva kollektiv adından minnətdarlıq edib, Ali Məclis Sədrinin “Uşaqların sağlam böyüməsi ölkəmizin sağlam gələcəyinə xidmət edir” fikrini rəhbər tutaraq uşaqların sağlamlığının qorunmasında səylərini daha da artıracaqlarına, göstərilən etimadı doğruldacaqlarına söz verib.
Ardını oxu...
-
Nəşr edilib 08.04.2021 09:23
Muxtar respublikanın sosial-iqtisadi inkişafı əhalinin həssas hissəsi sayılan əmək pensiyaçılarının rifah halının yaxşılaşmasını təmin edib. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da muxtar respublikada bu istiqamətdə üzərinə düşən vəzifə və tapşırıqların icrasına çalışıb. Belə ki, fond cari ilin ilk üç ayı ərzində əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsini hər ay vaxtında başa çatdırıb. Bu məqsədlə tələb olunan 48 milyon 53 min manat vəsait pensiya və məcburi dövlət sosial sığorta ödəmələrinə xərclənib.
Ardını oxu...