Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub

  • Nəşr edilib 16.01.2023 09:25

   Yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
   Dövlətimizin başçısı səfərə dəvətə görə minnətdarlığını bildirdi, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu dedi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib

  • Nəşr edilib 16.01.2023 09:20

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.
   Əbu-Dabi Prezident Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
   Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşıladılar.

Cari ilin ilk ayı üçün əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi başa çatdırılmışdır

  • Nəşr edilib 13.01.2023 10:23

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin sosial müdafiəsi sahəsində uğurlu nəticələrin əldə olunmasını şərtləndirir. Əhalinin sosial qayğıya çox ehtiyacı olan pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər, sığorta-pensiya sisteminin inkişafı sahəsində görülən işlər onların maddi rifah halının yaxşılaşdırılmasını təmin edir.

Ardını oxu...

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib

  • Nəşr edilib 10.01.2023 17:32

   Yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib.

   Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iqtisadi siyasət komitəsinin iclası keçirilib

  • Nəşr edilib 10.01.2023 17:25

   Yanvarın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iqtisadi siyasət komitəsinin iclası keçirilib.

   İclasda Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında layihə, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcə layihəsi və işsizlikdən sığorta fondunun 2023-cü il büdcə layihəsi müzakirə olunub.

   Müzakirələrdən sonra büdcə layihələrinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasına təqdim olunması üçün qərar qəbul edilib.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

540325
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
28
492
28
6488
540325

Tarix: 20-05-2024