-
Nəşr edilib 30.12.2022 11:01
Ölkəmizdə əhalinin həssas qrupu sayılan əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul olunmuş qərarlar ilk növbədə onların həyat səviyyəsinin yüksəldilməsinə yönəldilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən pensiyaçılara yüksək diqqət və qayğı göstərilir, onların layiqli həyat səviyyəsinin təmin olunması üçün ardıcıl tədbirlər görülür. Ölkə başçısının təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib. Dəyişiklik əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması ilə bağlıdır. Təsdiqlənən yeni Qanun 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin 3 il uzadılmasını nəzərdə tutur. Belə ki, əvvəlki qanunvericilikdə pensiya yaşına çatan və 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanması nəzərdə tutulurdu. Dəyişikliyə əsasən isə güzəşt olunan sığorta stajının qüvvədə olma müddəti 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb. Pensiya yaşına çatan və 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaqdır. Bununla da qeyd edilən 25 il sığorta stajının hər il üçün 1 il azaldılması 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq ediləcəkdir.
Ardını oxu...
-
Nəşr edilib 30.12.2022 09:18
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda "Şabran" İstirahət Kompleksinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış oldular.
Ardını oxu...
-
Nəşr edilib 29.12.2022 16:48
Ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına qayğı, onların maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Ölkə başçısı onların güzəranının yaxşılaşdırılmasını hər zaman diqqətdə saxlayır, onlar mənzil və avtomobillərlə təmin edilir. Eyni zamanda həmin qəbildən olan şəxslərin pensiya və müavinətlərinin artırılması istiqamətində bir çox işlər görülür. Həmin şəxslərə dövlət icbari şəxsi sığortasının ödənilməsi də onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fonduna həvalə edilib. Ölkə başçısının 18 iyun 2021-ci il tarixli digər Fərmanına əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olan dövlət icbari şəxsi sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu təmin edir.
Ardını oxu...
-
Nəşr edilib 29.12.2022 09:16
Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri dəyişib.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 01.01.2006-01.07.2018-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.
Dəyişikliyə əsasən, sığorta stajının müddəti 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb. Pensiya yaşına çatan və 01.01.2006-01.07.2018-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaq.
Bu dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.