Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə imtiyazlı şəxslərin iştirakı ilə sosialyönümlü tədbir keçirilib

  • Baxış sayı: 415
  • 11 May
   Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları əvvəlcə dahi şəxsiyyətin Naxçıvan şəhərində əzəmətlə ucaldılan abidəsi önünə gül dəstələri düzüb, öz ehtiramlarını ifadə ediblər. Daha sonra Heydər Əliyev muzeyi ziyarət olunub.
   Sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imtiyazlı şəxslərin putyofka və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu tərəfindən maddi yardımla təmin edilməsi məqsədilə tədbir keçirilib. Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsinin müavini Samir Seyidəhmədli və Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, şəhid anası Gülşad Rüstəmova, şəhid atası Mayis Gülməmmədov və Vətən müharibəsi iştirakçısı Mirkənan Kərimov çıxış ediblər.
   Daha sonra müvafiq kateqoriyadan olan 34 şəxsə sanatoriya-kurort ptyuvkaları təqdim edilib, 57 nəfərə isə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiyası quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin təminatına dəstək fondu”nun vəsaiti hesabına maddi yardımla bağlı köməklik olunub.
   Sonda Ümummilli Lider Heydər Əliyev haqqında film izlənilib.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

541809
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
88
131
1512
7972
541809

Tarix: 25-05-2024