Kişilərin və qadınların pensiya yaş həddi.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

 

Dövr

Kişilərin yaş həddi

Qadınların yaş həddi

01 iyul 2017-ci ildən

63 yaş 6 ay

60 yaş 6 ay

01 iyul 2018-ci ildən

64 yaş

61 yaş

01 iyul 2019-cu ildən

64 yaş 6 ay

61 yaş 6 ay

01 iyul 2020-ci ildən

65 yaş

62 yaş

01 iyul 2021-ci ildən

65 yaş

62 yaş 6 ay

01 iyul 2022-ci ildən

65 yaş

63 yaş

01 iyul 2023-cü ildən

65 yaş

63 yaş 6 ay

01 iyul 2024-cü ildən

65 yaş

64 yaş

01 iyul 2025-ci ildən

65 yaş

64 yaş 6 ay

01 iyul 2026-cı ildən

65 yaş

65 yaş

 

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

012094
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
83
72
155
2654
12094

Tarix: 26-05-2020